VƏFA QULUZADƏ ABŞ-ın İKİÜZLÜ SİYASƏTİNİ BELƏ İFŞA ETMİŞDİ - "Ona görə ki, biz türkük müsəlmanıq..." + VİDEO

20-09-2022, 20:40   




Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadənin 2015-ci ildə “Azadlıq Radiosu”na verdiyi müsahibədən aydın olur ki, illər keçsə də, ABŞ-ın və Qərbin Azərbaycana göstərdiyi ikili münasibətdə heç bir dəyişiklik baş verməyib.

V.Quluzadənin illər öncə ABŞ-Azərbaycan münasibətləri haqqında səsləndirdiyi fikirlər, indiki dövr üçün də eynilik təşkil edir.

“AzPolitika.info” sözügedən müsahibənin bir hissəsini təqdim edir: “Ermənilər Azərbaycan vətəndaşlarına qarşı Hitlerdən də pis münasibət göstəriblər. Ermənilər bütün ərazilərimizi yerlə-yeksan ediblər. Bu gün azərbaycanlılar gedib öz evlərində yaşaya biImirlər. Buna bütün ABŞ, Qərb və BMT göz yumur. Təsəvvür edin Azərbaycan gedib Ermənistanın bir şəhərini işğal edib. Onda bizə nə edərdilər? Baxın bütün bu münaqişə deyilən tacavüzü necə işləyiblər. Əvvəlcə Zori Balayan sonra Şuşa, Laçın, Kəlbəcər. Harada yatıb bu ABŞ və BMT? BMT-nin qərarları niyə yeinə yetrilmir? Ona görə ki, biz türkük müsəlmanıq. Azərbaycana imkan yaratmırlar ki, torpaqlarını azad etsin. Amma Ermənsitna hər cür şəraiti yaradırlar”.

Daha ətraflı videoda:




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.