Bayramov Mirzoyanla nələri müzakirə edib? - Özü açıqladı

23-09-2022, 20:46   




Sentyabrın 19-da Nyu York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub:

“Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.