Putin Ukaynanın dörd regionunun ilhaqını elan edib rəsmi Kiyevi danışıqlar masasına çağırdı

30-09-2022, 18:37   



Putin

ŞƏKLİN MƏNBƏYİ,MIKHAIL METZEL/TASS

Rusiya Prezidenti Vladimir Putin Kremldəki çıxışında Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu açıqlayıb.

Moskvanın bu bölgələrə təyin etdiyi nümayəndələrin iştirak etdiyi imzalanma mərasimində Putin dörd rayonun Rusiyaya birləşdirilməsini "milyonlarla insanın qərarı" kimi qiymətləndirib.

Ukrayna və onun Qərb müttəfiqləri bu regionlarda Rusiyaya birləşmə referendumlarını "saxta" adlandırıb və Rusiyanın ilhaq qərarını tanımayacaqlarını bəyan ediblər.

Dörd bölgədə yaşayan insanların öz qərarlarını verdiyini ifadə edən Putin "Nəticələr bəllidir" və bunun onların "ən təbii haqqı" olduğunu söyləyib. O, əlavə edib ki, Federal Məclisin Rusiya Federasiyasının dörd yeni regionunu dəstəkləyəcəyinə əmindir.

Putin Moskva

ŞƏKLİN MƏNBƏYİ,MIKHAIL METZEL/TASS

Şəklin alt yazısı,

Moskvanın ilhaq etdiyi bölgələrə təyin etdiyi nümayəndələrin iştirak etdiyi imzalanma mərasimində Putin dörd rayonun Rusiyaya birləşdirilməsini "milyonlarla insanın qərarı" kimi qiymətləndirib.

Rusiyanın keçmiş nəsillərinin bu torpaqlar üçün döyüşdüyünü müdafiə edən Putin Kiyevdə və Qərbdə hər kəsin bu ərazilərdə yaşayanların əbədi olaraq Rusiya vətəndaşı olacağını eşitməsini istədiyini və Kiyevdəki hakimiyyət orqanlarının "bu iradəyə hörmətlə yanaşmalı olduğunu" söyləyib.

Putin vəd edib ki, Rusiya bütün gücü ilə torpaqlarını qoruyacaq, dağıdılmış kənd və şəhərləri, infrastrukturu, səhiyyəni və təhsili "insanların təhlükəsiz həyatını təmin etmək üçün" bərpa edəcək.

Rusiya lideri Sovet İttifaqının dağılmasından sonra Qərbin Rusiyanı diz çökdürməyə çalışdığına dair iddiaları təkrarlayıb.

Dörd rayonun Ukraynadan ilhaqının "danışıqların mövzusu ola bilməz" deyən Putin Ukraynanı "dərhal atəşkəs əldə etməyə və danışıqlara qayıtmağa" çağırıb.

Moskva, Rusiya, Ukrayna, Kreml, Donetsk, Luhansk, seçki, referendum, Xerson, Zaporojye

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Putin əvvəlcə Xerson və Zaporojye-nin "müstəqilliyini" tanıyıb

Bu gün səhər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Xerson və Zaporojye əyalətlərinin müstəqilliyinin tanınması ilə bağlı fərman imzalayıb. Sənədlərin mətni rəsmi informasiyaların yayımlandığı portalda dərc olunub və qərarın qüvvəyə minəcəyi gözlənilir. Bu qərar həmin ərazilərin, eləcə də 2014-cü ildə özlərini "xalq respublikaları" elan edən Donetsk və Luhansk bölgələrinin də Rusiyaya birləşdirilməsi yolunda atılan ilk addımdır.

Sənədlərin mətnində qeyd olunub ki, qərar "beynəlxalq hüquq və prinsiplər çərçivəsində, xalqların öz müqəddəratını təyin etmə hüquqlarına əsasən, BMT nizamnaməsinə uyğun şəkildə" qəbul edilib. Sənəddə həmçinin "sentyabrın 27-də keçirilən referendumun nəticələrinin də" nəzərə alındığı bildirilib.

BMT-nin Baş katibi Antonio Guterres cümə axşamı Twitter hesabında qeyd edib ki, hər hansı ölkənin ərazisinin güc və təhdid yolu ilə digər dövlətə birləşdirilməsi beynəlxalq hüquq və BMT nizamnaməsinin prinsiplərinə ziddir.

ABŞ Prezidenti Joe Biden Putinin qərarını və Ukraynaya məxsus ərazilərin Rusiyaya birləşdirilməsini heç vaxt tanımayacaqlarını bildirib.

Bu gün Kreml rəhbərinin işğal edilən Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı "razılaşmalara" imza atacağı gözlənilir. İmza mərasiminin Moskva vaxtı ilə 15:00-da baş tutacağı planlaşdırılır.

Rusiya, Ukrayna, referendum, seçki

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Seçicilərin "99 faizindən çoxu Rusiyaya birləşmək istəyir"

Ukraynanın Rusiya tərəfindən işğal edilmiş regionlarında keçirilən, tanınmayan dörd referendum seçkisi iki gün öncə başa çatıb.

Kreml tərəfindən regionlara təyin edilən rəsmilər iddia ediblər ki, Rusiyanın tərkibinə qatılmaqla bağlı keçirilən seçkilərdə, demək olar, hər kəs ilhaq qərarını dəstəkləyib.

Ukrayna hökuməti və onun müttəfiqləri seçkiləri "saxta" adlandırıb.


Beynəlxalq səviyyədə tanınmayan seçki prosesinin müstəqil monitorinqi aparılmayıb.

Seçkilər Ukraynanın şərq regionlarında Donetsk və Luhanskda keçirilib.

Bundan əlavə, Rusiyanın işğalında olan ölkənin cənub regionlarında Xerson və Zaporojyedə də təşkil edilib.

2014-cü ildə Rusiyaya birləşdirilən Krım da daxil olmaqla, Rusiyanın hər tərəfinə yayılmış qaçqınlar da bir neçə seçki məntəqəsində səs verib. Orada keçirilən seçkilərdə iştirak edənlərin mütləq əksəriyyəti Rusiyanın tərkibinə qatılmağın tərəfdarıdırlar.

Ukrayna ərazisinin 15 faizini əhatə edən, müharibənin dağıtdığı regionlarda 4 milyona yaxın insan seçkilərdə iştirak etməyə çağrılıb.

Donetsk və Luhanskda Kreml administrasiyası tərəfindən idarə edilən xəbər agentliklərinin yaydığı məlumata görə, seçicilərin 99.23 faizi Rusiyaya birləşməyə səs verib. Açıqlanan yüksək nəticə bu cür seçkilərin təbiəti baxımından qeyri-adidir.

Bu nəticə Rusiya Prezidenti Vladimir Putinin cümə günü parlamentdə çıxışı zamanı dörd regionun Rusiyaya birləşdirilməsini elan etməsi üçün spekulyasiyadır.

Kreml rəhbəri 2014-cü ilin martında Krımda keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan seçkilərin nəticələrini də səsvermədən bir neçə gün sonra elan etmişdi.

Rusiya tam nəzarət etmədiyi dörd regionu da öz tərkibinə qatarsa, bu müharibəni yeni və daha təhlükəli səviyyəyə daşıya bilər, çünki Moskva elan edib ki, əgər Ukrayna həmin əraziləri yenidən ələ keçirməyə çalışarsa, bu, Rusiyanın suveren ərazilərinə hücum cəhdi kimi qiymətləndiriləcək.

Ukrayna Prezidenti Volodymyr Zelensky Rusiyanı güc yolu ilə işğal etdiyi əraziləri "BMT nizamnaməsini kobud şəkildə pozaraq" özünə birləşdirməyə çalışmaqda ittiham edib.

"İşğal edilmiş ərazilərdə təşkil edilən bu gülünc səhnənı heç referendum seçkilərinin imitasiyası da adlandırmaq olmaz", - o, çərşənbə axşamı deyib.

Ukrayna Prezidenti əlavə edib ki, "Ukraynanın işğal edilmiş ərazilərindəki insanları Rusiya ordusunun tərkibinə qatmaqla onları öz ana yurdlarına qarşı döyüşməyə məcbur etmək çox həyasız addımdır".

Rusiya, Ukrayna, referendum, seçki

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiyaya qarşı daha çox sanksiya

Ukraynanın xarici işlər naziri Dmytro Kuleba Avropa İttifaqının Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

"Bizim Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdacaq effektiv və olduqca güclü cavab verməyimiz lazımdır. Saxta referendumlara yumşaq reaksiya Rusiyanı daha çox ərazi ilhaq etməyə həvəsləndirəcək", - o bildirib.

Böyük Britaniya tanınmayan seçkilərə cavab olaraq, səsvermə prosesinə cəlb edilən Rusiyanın yüksək rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edib.

ABŞ-ın Dövlət katibi Anthony Blinken bir daha bildirib ki, Qərb heç vaxt Rusiyanın ilhaqını tanımayacaq. O, həmçinin Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin Kremlə "baha başa gələcəyini" qeyd edib.

Çərşənbə axşamı Ukraynanı ziyarət edən Fransanın xarici işlər naziri Catherine Colonna seçkiləri "maskarad" adlandırıb.

Rusiyanın ənənəvi müttəfiqi sayılan Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin referendumla bağlı sualı cavablandırarkən bildirib ki, "bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir".

Prezident Putin referendum seçkilərini müdafiə edərək deyib ki, seçkilər həmin ərazilərdə etnik rusların və rus dilli əhalinin Ukrayna tərəfindən qətlini dayandırmaq məqsədi daşıyır. Kremlin bu iddialarını Ukrayna rədd edib.

"Referendum keçirilən ərazilərdə insanların həyatını xilas etmək bizim ölkəmizin, cəmiyyətimizin diqqətində olan ən prioritet məsələdir", - Rusiya lideri televiziya ilə müraciətində deyib.

Kiçik sürprizin nəticələri

James Waterhouse-un analizi

BBC-nin Kiyev müxbiri

Tanınmayan dörd referendumun nəticələri heç kəs, xüsusilə də Ukrayna üçün sürpriz olmadı.

Rusiyaya birləşməyə hesablanan səsvermə Kremlin dili ilə desək həmin ərazilərdəki ukraynalıları "azad etmə" prosesinin davamıdır. Bu yolla Moskva Ukrayna ərazilərindəki mövcudluğuna legitimlik donu geyindirmək istəyir.

Ukrayna və Qərb seçki prosesini qınayıb. BBC silahlı əsgərlərin qapı-qapı düşərək səs yığdığına, hətta bəzi ərazilərdə səsvermənin keçirilmədiyinə dair sübutlar əldə edib.

Rusiyada ilhaq edilən ərazilərlə bağlı yeni qanun layihəsinin tərtib ediləcəyi gözlənilir. Moskva həmin ərazilərin gələcəkdə hücuma məruz qalacağı təqdirdə onları qorumaq üçün kimyəvi silahlardan istifadə edəcəyini bildirib.

Kiyev isə hər zaman dediyi kimi Moskvadan gələn bəyanatlarla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.