“DİALOQA HAZIRIQ, AMMA RUSİYANIN YENİ PREZİDENTİ İLƏ...” – “Putin ləyaqət və namusun nə olduğunu bilmir”

30-09-2022, 19:25   




Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçirilən iclasından sonra açıqlama verib. Toplantıda Rusiya rəhbəri Vladimir Putinin Ukraynanın 4 vilayətinin ilhaqının rəsmiləşdirilməsi və bundan sonra Kiyevin atacağı addımlar müzakirə olunub.

"AzPolitika.info" xəbər verir ki, Zelenskinin sosial şəbəkə hesabında paylaşdığı açıqlamada deyilir:

"Birincisi, sülhü yalnız Ukraynanı gücləndirmək və işğalçıları bütün ərazimizdən qovmaqla bərpa edə bilərik. Bu yolla gedəcəyik.

İkincisi, Ukrayna danışıqlar məsələsində öndə olub və belə olaraq qalır. Məhz bizim dövlət Rusiyaya həmişə bərabər, vicdanlı, ləyaqətli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edirdi. Aydın məsələdir ki, bu Rusiya Prezidenti ilə bu mümkün deyil. O, ləyaqət və namusun nə olduğunu bilmir. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma artıq Rusiyanın başqa prezidenti ilə...

Üçüncüsü, biz faktiki əldə etdiklərimizi artıq hüquqi cəhətdən fiksə etməliyik. Məhz Ukraynada demokratiyanın taleyi tiranlıqla qarşıdurmada həll olunur".

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.