Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Borel: "Avropa İttifaqı Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmir"

6-10-2022, 09:24   


Oktyabrın 4-də Avropa Parlamentində dinləmələr zamanı bəzi deputatlar Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Boreldən Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını tələb ediblər. Bu tələblər “Azərbaycanın Ermənistana qarşı təcavüzü” iddiaları ilə əsaslandırılıb.

Cavabında Josep Borel deyib ki, “Azərbaycan Ermənistanın bəzi ərazilərini işğal edib və bu, qətiyyən qəbuledilməzdir”. O vurğulayıb ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir.

Ali komissar “Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və əsasən də bu yaxınlarda bağlanmış qaz sazişini dondurmaq niyyətindədirmi sualına mənfi cavab verib. Borel qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrin heç biri Azərbaycana qarşı sanksiya tətbiqini təklif etməyib. O qeyd edib ki, Azərbaycan yayılan videokadrlarla bağlı araşdırmalara başlayıb və onun nəticəsini gözləmək lazımdır.

“Azərbaycan bizə milyardlarla kubmetr qaz verir və bu il imzalanmış saziş sayəsində biz həcmi əhəmiyyətli dərəcədə artıracağıq - 8-12 milyard kubmetr. Sizi inandırım ki, bunun müqabilində heç bir siyasi güzəşt edilməyib”, - Borel deyib.

«Biz sərhəddə Avropa İttifaqının vasitəçilik missiyasının yerləşdirilməsini təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Biz hər iki tərəfin razılığı olmadan Avropa İttifaqı qoşunlarını göndərə bilmərik”, - Borel qeyd edib.

Hazırda Avropa İttifaqı bu ayın sonuna kimi Brüsseldə sərhədlərin delimitasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasının növbəti görüşünün keçirilməsinin təmin edilməsi üzərində işləyir, - Borel bildirib.

Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar