Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəblər necə qorunur? - "Hər şagirdə bir polis ayırmalı deyilik"

6-10-2022, 20:17   


Məktəblər necə qorunur? - "Hər şagirdə bir polis ayırmalı deyilik"


Məktəblərlə bağlı son vaxtlar neqativ xəbərlərə daha tez-tez rast gəlirik.

Şagirdlər bir-birini döyüb, videoya çəkir, sinif otağında pomidor- yumurta bişirir və s.Məktəblərin ətrafında gizli şəkildə maddə satışı iddiaları və bu kimi digər hallar təhlükəsizlik məsələsini gündəmə gətirir.

Maraqlıdır, bu gün məktəblərdə təhlükəsizlik necə və nə dərəcədə etibarlı qorunur? Şagirdləri sinifə buraxmazdan öncə onları məktəb girişində yoxlamaq kifayət edirmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Məlahət İbrahimqızı bildirib ki, məktəblərdə təhlükəsizliyin təmin olunması ilə bağlı qərarlar var:

"Bütün orta ümumtəhsil məktəbləri, sinif otaqları kameralaşdırılıb. Digər rayonları deyə bilmərəm, amma Bakı məktəblərində bu sistem quraşdırılıb. Məktəblərdə mühafizə xidməti var. Smart tipli telefonların gətirilməsi qadağandır. Təəssüf ki, valideynlər də öz funksyasını qismən yerinə yetirir və bəzi məktəblərdə təhlükəsizlik xidməti zəifdi. Hesab edirəm ki, məktəb təhlükəsizliyi indiki dövrdə çox vacibdir. Hər ailənin öz övladı ona əzizdir. Övladının təhlükəsizliyi təmin olunmayanda valideyn də əlbəttə ki, narahat olur".

Deputat maraqlı müqayisə apararaq bildirib ki, Amerikada yuxarı siniflərə müəllim tapılmır:

"Çünki cinayətlərin əksəriyyəti yuxarı siniflərdə törədilir. Müəllimlər sinifə getməyə qorxurlar. Belə hallar inkişaf etmiş ölkələrdə də var. Amma biz əlimizi-qolumuzu yanımıza salıb, deməməliyik ki, belə şeylər filan yerdə var. Bu düzgün deyil. Ona görə də bu gün təhlükəsiz məktəb necə qura biləriksə, bunun yollarını düşünməliyik. Təhlükəsiz məktəb o demək deyil ki, hər şagirdə bir polis ayırmalıyıq".

Deputat bildirib ki, məktəblərdə mühafizə xidməti, hər sinif otaqlarında kamera var:

“Hər kəs işinə məsuliyyətlə və ciddi yanaşmalıdır. Bəlkə kamera xarabdır, uşaq çantasının müəyyən yerində telefonu sinifə keçiribdir. Demək istəyrəm ki, bu şeylər bizim məktəblərimizdə də var. Sözsüz ki, bu işin icrasında həm valideynlər, həm də məktəb məsuliyyət daşıyır”.

Məlahət İbrahimqızı hesab edir ki, təkcə dövlət məktəblərin üzərinə düşülməməlidir, özəl məktəblərdə də belə hallar olur.

Aylin
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar