"New York Times" qəzeti yazır ki, Rusiya və Ukrayna aralarındakı etimad boşluğunu doldurmalıdırlar.
Rusiyanın və Ukraynanın mövqeləri haqda qəzet bildirir ki, Rusiya Ukraynada yeni isyasi sistem istəyir: regionlara geniş muxtariyyət verməklə, Ukraynanın federal dövlətə çevrilməsi, bunun yeni konstitusiyada yazılması və Ukranyanın NATO məsələsində neytrallığı...
Ukraynanın istədiyi isə güclü mərkəzi hökumətdir, regionlara büdcə səlahiyyətlərinin genişləndirilməsi və yerli qubernatorların rolunun azaldılması. Kiyev bununla Moskvaya loyal olan qubernatorların nüfuzunu azaltmaq istəyir.
Rusiya ilə Ukraynanın istədiklərində fərq böyükdür. Bu fərq necə aradan qaldırılacaq? ABŞ-ın Atlantika Şurası adlı beyin mərkəzində Ukrayna üzrə ekspert olan Adrian Karatnitski deyir ki, Ukraynada Rusiyanın təklif elədikləri ilə razılşa bilən bir nəfər də olsun yüksək vəzifəli rəsmi yoxdur.
Siyasi şərhçi Baunovun da fikrincə, Putinin məqsədi Ukraynanın federasiyaya çevrilməsidir, Ukrayna daxilində muxtar regionun yaradılmasıdır. Putin bu regiona nüfuzu vasitəsilə bütün Ukraynanı cilovda saxlamaq istəyir, Ukraynanın qərbə doğru sürətli hərəkət edə bilməməsinə nail olmaq istəyir.
Bütün bunlarla Ukraynada heç kim razılşmaq istəmir.
Beynəlxalq strateji Araşdırmalar Mərkəzinin eksperti Çarap deyir ki, Putin nə istəyir? Və Ukrayna üçün nə yaxaşıdır? - bunlar fərqli məsələlərdir. Çarapın fikrincə, Ukrayna özünə sərf edən qədər mərkəzsizləşdirməyə getsə, bu, Putini qane edəcəkmi? – bu da bilinmir.
Qəzet Ukrayna ziyalılarının bir fikrini sitat gətirir ki, Ukrayna üçün ən yaxşısı Avropaya yaxınlaşma, korrupsiya ilə mübarizə və Rusiyanın nüfuzundan uzaqlaşmaqdır. Ukraynada həyat səviyyəsi qalxdıqca, onda Donbassın özü vahid, Avropa Ukraynasından uzaq düşmək istəməyəcək.
Azadlıq Radiosu