ABŞ 1990-cı ildən Çinə qarşı ən böyük sanksiya tətbiq edib.
ABŞ Çinə süni intellektlə bağlı hesablamalar üçün super güclü çiplərin, onların istehsalı üçün avadanlıqların və bir sıra digər yarımkeçirici texnologiyaların satışını məhdudlaşdırıb.
ABŞ Ticarət Departamentinin tətbiq etdiyi sanksiyalar ilk növbədə superkompüterlərdə istifadə olunan qrafik kartlarına və xüsusən də süni intellekt proqramlarının sürətləndirilməsinə aiddir.
Məhdudlaşdırılmış texnologiyaların istehsalçıları indi Çin şirkətləri ilə işləmək üçün xüsusi ixrac lisenziyası almalı olacaq.
ABŞ səlahiyyətliləri bu cür lisenziyalar üçün müraciətlərin əksəriyyətinin rədd ediləcəyi barədə xəbərdarlıq edirlər.
Qadağa, harada yerləşməsindən asılı olmayaraq, ABŞ-da qeydiyyatdan keçmiş bütün şirkətlərin məhsullarına, eləcə də Amerika texnologiyası və ya avadanlığından istifadə etməklə istehsal olunan bütün çiplərə şamil edilir.
Maraqlıdır, sanksiyaların arxasında nə dayanır?
Cebhe.info-ya açıqlamsında politoloq İlyas Hüseynov deyib ki, ABŞ-ın 1990-cı ildən bu yana ilk dəfə Çinə qarşı sanksiya tətbiq etməsi Rusiya-Ukranya müharibəsi ilə bağlıdır:
"Çinin Rusiyaya siyasi, mənəvi və hərbi yardımı ABŞ-ı daha da qəzəbləndirir və Çin-Rusiya müttəfiqliyi Qərbi narahat edir. Müharibənin uzanmasının da əsas səbəbi Çinin Rusiyaya yardımları ilə bağlıdır. Bilirsiniz ki, bu texnologiyaların əsas mənbəyi elə ABŞ-dadır. Çin də son illər xüsusilə, çiplərin istehsalında dünya bazarını tutub. Ona görə də yüksək texnologiyaların Çinə ixracının dayandırılması Çin məhsullarının üçüncü ölkələrdə satışının məhdudiyyətlə qarşılaşması deməkdir. Burada iqtisadi motivlər də var. Hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları birbaşa olaraq süni intelekt əsasında işləyir. Ona görə də bu sanksiyaya gedilib. Düşünürəm ki, müharibənin uzanması bu gərginliyi genişlənəcək".
Naibə
Cebhe.info