KRIM KÖRPÜSÜNÜN PARTLADILMASINDA AZƏRBAYCANLININ FURASI SEÇİLİB - İlkin detallar açıqlandı + VİDEO

10-10-2022, 18:54   




Ukrayna xüsusi xidmət orqanları tərəfindən Krım körpüsünün partladılması gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşündə bildirib ki, Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib.

“İcraçılar və sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”, -Putin deyib

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

11111111111.jpg (85 KB)

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin isə dünən axşam Rusiya prezidenti Vladimir Putinə (Bastrıkinlə qrup yoldaşı olublar) Krım körpüsündəki hadisənin terror aktı olduğu barədə məruzə edib. Bastrikinin sözlərinə görə, Ukraynanın xüsusi xidmət orqanlarının hazırladığı terror aktına Rusiya və digər dövlətlərin vətəndaşları cəlb olunub. İstintaq Komitəsinin rəhbəri yük maşının marşrutunu belə açıqlayıb: Bolqarıstan, Gürcüstan,Ermənistan, Şimali Osetiya və Krasnodar diyarı.Halbuki o saatadək furanın ölkə xaricində olması barədə heç nə deyilmirdi.

ffff555.jpg (131 KB)

Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Krım körpüsünün partladılması üçün bomba 51 yaşlı azərbaycanlı Mahir Yusubovun idarə etdiyi furaya yüklənib.  Yük maşınının özü onun qardaşı oğlu Samir Yusubovun adınadır.

"Turan.az"-ın məlumatına görə, onlar Rusiyanın Krasnodar vilayətinin sakinləridir və uzun müddətdir ki, yükdaşıma ilə məşğuldurlar. Partlayış nəticəsində Mahir Yusubov dünyasını dəyişib.

Samir video müraciət edərək partlayışla heç bir əlaqəsinin olmadığını bildirib. Mallar Rusiya üzrə malların çatdırılması üzrə ixtisaslaşan ATİ-nin saytından götürülüb.




Bu terror aktını planlaşdıranlar niyə bomba dolu yükü ehtiyat hissələr adı altında Mahir Yusubovun furasına yükləyiblər? Axı məlum idi ki, bütün dünyanın bir nömrəli xəbərinə çevriləcək bu aktın arxasında kimin dayanmasından əlavə, kimin əli ilə(köməyi ilə və sairə) də əsas müzakirə mövzusu olacaq. Niyə o regionda ən müxtəlif millətlər içərisindən azərbaycanlı seçilib? 

555555566.jpg (112 KB)

Məlumatlar göstərir ki, terror aktlarında hər şey bütün xırdalıqlarınadək hazırlanıb. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Mahir Yusubov həmin şirkətdən sifarişi hadisədən bir gün əvvəl(oktyabrın 6-da) alıb(bundan əvvəl o şirkətlə işləməyib), sənədləşmə aparılıb. 7-21 ton ağırlığında yük Armavirdən Simferopla çatdırılmalı, bunun müqabilində isə sürücüyə 48 min rubl ödənilməli idi. Üzə çıxan sənədlər belə deyir. Həmin şirkətdən mediaya açıqlamada isə bildirilib ki, onların terrorla heç bir əlaqəsi yoxdur, istintaqla əməkdaşlıq edirlər. Yəni bomba onlarda yüklənməyib. Bastrıkinin dedikləri də bu cinayətin gedişatını dəyişir, ipin ucunun lap dolaşdırır. Məlum olmur ki, furanı Mahir Yusubov xaricdən sürüb gəlib, yoxsa burada kimdənsə təhvil alıb?

Gürcüstan azərbaycanlısı olduğu deyilən, son illər Kazandan yaşamış Yusubovun haqqında Rusiya mediasında son iki gündə onlarla yazı dərc olunub, amma onun terrorçu ola biləcəyi haqda ən xəfif belə ehtimal yox idi. Dostları, tanıyanlar deyiblər ki, Mahirin məsələn, radikal dindarlarla heç bir əlaqəsi olmayıb, Azərbaycanın yerli diasporası ilə əlaqə saxlayıb, anası ilə ayrılan atası ilə müəyyən problemləri olsa da, öz halında yaşayıb.

Mahir Yusubovun furasının oktyabrın 7-də axşam (Putinin 70 yaşı tamam olan gün) Krım körpüsündən keçəcəyini düşünüblər. Amma sürücü Krım körpüsündən bir neçə kilometr qalmış maşını özünün dincəlməsi üçün saxlayıb. Bu barədə o, sonuncu dəfə ailəsi ilə telefon danışığında deyib. 8 oktyabr səhər hava işıqlaşmamış o yola çıxıb və dizel yüklü yük qatarının yanında keçdiyi vaxt avtomobil patlayıb, ya da uzaqdan idarəetmə ilə partladılıb. Furanın önündə başqa bir minik avtomobili də olub, bəzi versiyalara görə fura yox, əvvəl o partlayıb...

eeeeeeee55.jpg (105 KB)

Krım körpüsündə partlayış Rusiya hüquq-mühafizə sistemində ciddi boşluqlar olduğunu göstərdi. Qərb analitiklərinin bu hadisə ilə bağlı bir versiyası da diqqət çəkir. Onlar bildiriblər ki, bu akt Rusiya FSB-si ilə Müdafiə Nazirliyi rəhbərliyi arasında çəkişmənin nəticəsi də ola bilər. Bu parlayışdan sonra Krım körpüsünün mühafizəsinin də FSB-nin səlahiyyətlərinə verilməsi bu ehtimalı gücləndirir...

Elman

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.