Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda çıxış edib. O, Ermənistanın müharibə cinayətlərinin və təzminatın əvəzində Zəngəzur dəhlizini tam olaraq Azərbaycana verilməsinin zəruri olduğunu bildirib.
Zahid Orucun çıxışını təqdim edirik:
"Sizinlə birgə yaşadığımız son iki ili, 27 sentyabr-10 noyabr tarixini xaqlımız üçün yeni qurtuluş təqvimi kimi qeyd edərkən, parlaq Qələbəmizin ildönümü əvəzinə qarşınıza təəssüf ki, işğal dövrünün səhnələri ilə çıxmışıq. Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik. Bəli, düşmənin məqsədi budur - xalqımızın senyabr müqəddəsliyinə zərbə vursun, milli gündəliyi Qələbə hadisəsindən çıxarsın, qurucu enerjisini xarici meydanlara yönəltsin.
İki oktyabrda erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da ilk növbədə Qələbəmizə zərbə vurmağı hədəf alıb. Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik müqanişədən qazananlar açıq səhnəyə çıxırlar. Ermənistanın son 34 ildəki müharibə cinayətlərindən hakimiyyət təmsilçiləri burada danışacaqlar. Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı.
Ölkə rəhbəri 8 noyabr 2021-ci ildə Zəfər günündə xalqa müraciətində deyir, sitat: "Biz beynəlxalq hüququ və müharibə qanunlarını pozmadıq. Ədalətli müharibə apardıq və düşməni döyüş meydanında məğlub etdik".
Savaşın 3-cü günü düşmən tərəfi ölkəmizi existensialist təhlükədə - ermənilərin varlığına son qoymaqda suçlandırmağa çalışdı, lakin sonra anladılar ki, gərək on minlərlə mülki insan məhv olsun ki, iddiaları özünü doğrultsun. Əvəzində 44 günlük müqəddəs müharibə əsil Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan ordusu xilas etdi.Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, sıyqırıma görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!
Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin ekranda gördüyünüz Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər, heç birinə Haaqada hüquqi qiymət verilməyib.10 noyabrdan sonra dünya gördü ki, "qurucu millət" ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası əkib və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı Human Rigts Watç-un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib. Eləcə də Roma statutuna qoşulmamaq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikasiyasına daxil olmamaq dövlətləri məsuliyyətdən azad etmir.Ona görə də Miloşeviçi məhkəməyə çəkənlər Koçaryan və Sarkisyan üçün də eyni tribunalı qura bilərdilər.
Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Buna cəhd edən hakimiyyət və hakimləri dünya erməniliyi linç edərdi. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 16 avqust 2021-ci il çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, "çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz", demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək o qəhrəmanlardan başlayardı, onda Rusiya-Ukrayna müharibəsində ədalətli münsif ola bilərdilər.
Ermənistan 2 oktyabrda mötəbərliyi rəsmən təsdiqlənməyən videoyazı üzərindən ölkəmizə qarşı qlobal kampaniyaya aparır və əkstəbliğatın coğrafiyası çox genişdir. ABŞ, Hindistan, Fransa, Kanada, Norveç, Yunanıstan, Litva, İrlandiya Xarici İşlər nazirlikləri, fransalı nazir Frank Rister, The National İnterest dərgisi, 45-dək amerikalı konqresmen, İspaniya parlamentinin üzvü Anton Reyno və Con İnyariti, Britaniyanın Ermənistandakı səfiri, amerikalı senator Aleks Padilya, Genosidi önləmə şəbəkəsi, Ursula fon der Layenin istefasını tələb edən qlobal chang.org platformasında başladılan petisiya, avropalı deputatlar Viola Taubadel, Tom Vanderisxe, Emmanuel Morel, Almaniya Ombudsmanı, ATƏT DTİB, Haaqada azərbaycanlı səfiri Niderland XİN-ə çağıran hökumət üzvləri, İspaniya Konqresi, britaniyalı jurnalist Emil Hesse, Bellingcat kəşfiyyat platfoması, kanadalı senator Leo Kusakos, Amerika senatının xarici əlaqələr komitəsi, Avropa parlamentində 17 nəfərlik dinləmə və Norveçin Ermənistandakı səfiri Helen Andersen ölkəmizi günahlandırma kampaniyasında iştirak edirlər.Bu aksiyaların məqsədlərini belə ümumiləşdirmək olar:
Bu aksiyaların məqsədlərini belə ümumiləşdirmək olar:
Bu siyahını uzatmaq da olar. Gəlin unutmayaq ki, ötən il Ermənistanın Azərbaycana qarşı BMT-də "etnik nifrət yaymaq" ittihamı ilə dinləmələri gündəmə gəlmişdi. Ona görə də sərt və yumşaq gücü bir arada saxlamalıyıq. Ermənilər hərbi meydandakı ağır məğlubiyyəti informasiya məkanındakı üstünlüklə əvəzləyib, onu gələcəkdə silahlı məkana daşımağa çalışır. Təzyiqlərin gələcəkdə artması ehtimalı dövlətimizdən Hibrid Hücumlarla Mübarizə Mərkəzinin yaradılmasını tələb edir. 44 günlük müqəddəs müharibənin nəticələrinin beynəlxalq legitimliyi etibarlı dövlət statusumuzdan və hərbi cinayətlərə qarşı siyasətimizdən çox asılıdr.Beləliklə, biz nə etməliyik:
Əziz dostlar, yekunda xüsusi vurğulayaq ki, biz erməni hərbçilərinə, daha doğrusu məğlub zabit və əsgərlərə paytaxt Bakıda “Əsrin məhkəməsi”ni qurduq, nəticələrindən asılı olmayaraq, onlar o hökmlə yaşayacaqlar, lakin o hərbçilərə əmr verən siyasi və hərbi generalları cəzalandırmaq ən böyük vəzifədir. Əlbəttə, biz düşmənçiliyə son qoymaq istəyirik, lakin çevirdiyimiz səhifə gerçəkdən də sülhə xidmət etməlidir.Ona görə də dövlət başçısı yeni milli ideyamızı Bolqarıstanda, Ağdamda, yaxud Praqada eyni ahənglə dilə gətirir: biz doğma torpaqlarda əbədi yaşayacağıq! Bəli, bir daha müqəddəs Zəfər günlərində xalqımızın qırğın və faciələrə deyil, “Qələbəyə davam” etməsi üçün ölkə rəhbəri 27 sentyabr Dönüş və Döyüş günündə ilk şəhidimizin Ruh daşına söykənərək, strateji hədəfləri göstərdi, “gəlin and içək ki, müstəqilliyimizi əbədi qoruyacağıq” çağırışını səsləndirdi, onu millət və dövlət quruculuğunun gələcək devizinə çevirdi. Gəlin, biz də and içək, çünki Vətən və dövlət anddan başlayır!
Diqqətinizə görə təşəkkür edirik!