SON DƏQİQƏ! Zelenski İNTİQAM ANDI içdi - Rusiyaya ağır zərbə vurulacaq

11-10-2022, 13:50   


Ukrayna dünən partlayış səslərinə oyanıb. Şənbə günü Kiyev və Rusiyanı birləşdirən körpünün vurulmasına Rusiyanın cavabı ağır olub.

Musavat.com xəbər verir ki, Ukraynanın bir çox şəhərləri, xüsusilə Kiyev, Xarkov, Dnepr və Lvov Rusiya raketlərinin hədəfinə çevrilib.

19 nəfərin həyatına son qoyan hücumlardan sonra Zelenskidən diqqətçəkən açıqlamalar gəlib. Ukrayna lideri hücumdan sonra verdiyi açıqlamada qisas alacağına and içib və döyüş meydanını rus qoşunları üçün “daha ağrılı” edəcəyinə söz verib.

Ukraynanın ilk hədəfini açıqlayan Zelenski ən qısa zamanda hava hücumundan müdafiə sisteminə sahib olmaları lazım olduğunu vurğulayıb. O, hava hücumundan müdafiə sistemini “bir nömrəli prioritet” olaraq xarakterizə edib.

ABŞ və ALMANİYA HƏRƏKƏTƏ KEÇDİ

“İşğalçılar onsuz da döyüş meydanında bizə müqavimət göstərə bilməzlər, ona görə də bu terrora əl atırlar” - deyən Ukrayna liderinə ABŞ və Almaniyadan reaksiya gəlib.

Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, ABŞ prezidenti Co Bayden ukraynalı həmkarına Vaşinqtonun ölkəyə qabaqcıl hava hücumundan müdafiə sistemləri təqdim edəcəyinə söz verib.

Alman mətbuatında yer alan xəbərə görə, Berlin də bir neçə gün ərzində Ukraynaya hava hücumundan müdafiə sistemi göndərməyi qərara alıb.

Yəni Putinin göstərişi ilə baş verən hücumlardan sonra Ukrayna aylardır tələb etdiyi hava hücumundan müdafiə sistemlərini əldə edə bilib.

PUTİN VURULAN HƏDƏFƏLƏRİ AÇIQLADI

Rusiya prezidenti Putin Rusiya ordusunun həyata keçirdiyi hücumların Ukraynanın hərbi, enerji və kommunikasiya infrastrukturunu hədəf aldığını vurğulayıb.

Putin bildirib ki, hücumlar davam edərsə, Rusiyanın cavabının şiddəti artacaq.

"Ekspertiza və əldə edilən digər məlumatlara görə, partlayışın Rusiyanın mülki və strateji infrastrukturunu hədəf alan terror aktı olduğu görünür. Aydındır ki, terror aktının təşkilatçıları və icraçıları da Ukrayna kəşfiyyatından olub. Kiyev rejimi uzun müddətdir ki, terror üsullarından istifadə edir. Bunlara həm Ukraynada, həm də Rusiyada ictimai xadimlərin, jurnalistlərin, alimlərin öldürülməsi daxildir" - ", - Rusiya lideri bildirib. 

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.