Mer elan etdi: Səfərbərliyə gedənlərin ailələrinə pul veriləcək - MƏBLƏĞ

12-10-2022, 15:42   


Mer elan etdi: Səfərbərliyə gedənlərin ailələrinə pul veriləcək - MƏBLƏĞ


Səfərbər edilmiş moskvalıların qohumları ünvanlı sosial yardım ala bilərlər.

Cebhe.info xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin çərşənbə günü bildirib.

Paytaxt meri şəxsi bloqunda yazıb ki, yaxın qohumlar şəhərdəki Səfərbər Ailələrə Dəstək Mərkəzinə müraciət etməlidirlər. Moskva hökuməti əlavə ödənişin məbləğini ayda 50 min rubl  (indiki məzənnə ilə 780 ABŞ dolları) təyin edib.

Dəstək mərkəzi Sergey Radonejski küçəsi, bina 1, mənzil 1 ünvanında yerləşir.

Sobyanin bildirib ki, səfərbər edilmişlərin bir çoxlarının ailəsinin hazırda pula ehtiyacı var. Buna görə də məlumatların və hesab nömrələrinin toplanması bir qədər vaxt aparacaq.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.