Makrondan növbəti SƏRSƏMLƏMƏ – “Azərbaycan Qarabağı işğal edib”

13-10-2022, 15:07   





Oktyabrın 12-də “France 2” kanalına müsahibə verən Fransa Prezidenti Emmanuel Makron Azərbaycan-Ermənistan münasibətləri məsələsilə bağlı da fikirlərini bölüşüb.

Fransa lideri bunları deyib:

“İki il əvvəl Dağlıq Qarabağda müharibə olub. Bu bölgə beynəlxalq səviyyədə tanınmamış və mübahisəli ərazidir, lakin Ermənistan Qarabağda idi, çünki Qarabağ bu ölkənin ürəyindədir. Azərbaycan çoxsaylı qurbanların olduğu və qəddar səhnələrlə yadda qalan dəhşətli müharibəyə başlayıb, bu ərazini işğal etdi. Ermənistan bizim unikal bağımız olan ölkədir. Biz erməniləri yalnız buraxmayacağıq”.

Bu da Fransanın “obyektivliyi”

Qeyd edək ki, ATƏT-in sabiq Minsk qrupunun “həmsədri”, sonuncu Praqa görüşlərində vasitəçilik niyyətini nümayiş etdirən Fransanın məsələyə baxış bucağı ikrah doğurmaya bilməz.

Fransa Prezidenti açıq şəkildə ölkələrin BMT səviyyəsində tanınmış sərhədlərini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini ayaqlayaraq, tərəfli mövqe sərgiləyib. Makron açıq-aşkar Ermənistanla onsuzda bizə bəlli olan xüsusi bağlarının olduğunu və daim ermənilərin yanında dayanacaqlarını deməkdən belə çəkinmir.

Bu, əslində ATƏT-in Minsk qrupunun 30 il ərzində gözüqapalı fəaliyyət göstərdiyinin də bariz isbatıdır. Görünür, Fransa dövləti 30 il ərzində Qarabağın hansı ölkənin ərazisi olduğunu anlamayıb, əslində anlamaq istəməyib.
Ümumilikdə isə bu Fransanın ölkəmizə qarşı münasibətinin bariz göstəricisidir və bu ritorikadan çıxış edən dövlətin hər hansı formada regional proseslərə müdaxilə etmək imkanı sıfıra bərabərdir. Yəqin ki, Makron da elə bunu anlayaraq, məlum erməni sevdasını elan etməkdən çəkinməyib.

demokrat.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.