"İranın Ermənistanı dəstəkləməsi məsələsi onun hansısa bir tərəfi dəstəklənməsi məsələsi deyil. Bu, İranın uzun müddətli strateji maraqları ilə bağlıdır".
Musavat.com bildirir ki, bu sözləri İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.
"Yəni, öz maraqlarımız çərçivəsində mövqemizi bildiririk. Ümumiyyətlə, İran həm Azərbaycan, həm də Ermənistana öz mövqeyi və strateji maraqları haqda məlumat verir".
Xalidə Gəray
Musavat.com