Laçın dəhlizinin yeni marşrutunun Zəngəzur ərazisindən keçən hissəsində torpaq işləri biu ilin sonuna qədər başa çatacaq.
Cebhe.info-nun məlumatına görə, Ermənistan hökumətinin mətbuat xidməti Baş nazirin müavini Ambarsum Matevosyana istinadən belə açıqlama yayıb.
Qeyd edək ki, Laçın şəhərindən kənar keçməklə Xankəndi şəhəri ilə nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin Azərbaycan ərazisindəki hissəsi bu il avqustun 30-də istifadəyə verilib. Yolun Ermənistan ərazisindəki davamı Dığ-Gorunzor marşrutunu özündə birləşdirir.
"Bu hissədən Laçın dəhlizinin yeni marşrutu keçəcək, indi vətəndaşlar müvəqqəti yoldan istifadə edirlər. Torpaq işləri ilin sonuna kimi başa çatdırılacaq",-deyə Matevosyan bildirib.
Yolun ümumi eni 11,8 m, asfalt örtüyünün eni 7,2 m olacaq. Tikinti işlərinə 5,5 milyard (20.7 milyon dollar-red.) dram vəsait ayrılıb. Yolun Ermənistandakı hissəsi Laçın rayonunun Zabux kəndinin yaxınlığında, Həkəri çayı üzərindəki körpü ilə bitir. Daha sonra yol Şuşa rayonunun Kiçik Qaladərsi və Yuxarı Qaladərsi kəndlərindən keçərək Sarıbaba kəndi yaxınlığından Gorus-Xankəndi magistralına daxil olur.
Müşfiq Abdulla
Cebhe.info