Partlayan binanın sakinləri köçmək istəmir- VİDEO

9-09-2014, 17:21   
Partlayan binanın sakinləri köçmək istəmirPartlayışın fəsadları tam aradan qaldırılmayıb
Xırdalan şəhərində yaşayış binasında baş verən partlayışın fəsadları tam aradan qaldırılmayıb. Gecə saatlarında FHN əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri yekunlaşsa da ərazi xüsusi nəzarət altındadır. Hazırda uçqunun baş verdiyi ərazidə ağır texnikalar çalışır.

Yarımçıq tikilidə məskunlaşan 56 məcburi köçkün ailəsinin gələcək taleyi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi (DQMK) də iş aparır.

DQMK-nin sədr müavini Gəray Fərhadov bildirib ki, hazırda araşdırma aparılır və qalan beş ailənin də yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, partlayış hadisəsi ötən gün səhər saatlarında məcburi köçkünlərin yaşadığı 4 mərtəbəli binada baş verib. Mənzillərdən birində baş verən partlayış zamanı 3 nəfər həlak olub, 9 nəfər müxtəlif bədən xəsartələri alaraq xəstəxanaya yerləşdirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.