Qarabağa mina daşınmasına ruslar şərait yaradır - Karauz

26-10-2022, 11:58   




08:00

Burada əsas məsələ Ermənistanın mina istehsal etməsi yox, onu rus sülhməramlıların himayəsində Azərbaycan ərazisinə keçirməsidir. Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə təxribatçı addımlar atır.

Bu sözləri  Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycana qarşı hərbi təhdidləri və erməni hərbçilərinin Laçın dəhlizindən sui-istifadə edərək, ərazilərimizə mina daşıması haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

“Laçın dəhlizi ilə keçirilən minaların əksəriyyəti piyada əleyhinə minalardır. Sözügedən minaların istehsalı və istifadəsi 4 dekabr 1997-ci ildə Kanadanın paytaxtı Ottavada qəbul edilən və 1 mart 1999-cu ildə qüvvəyə minən “Piyada əleyhinə minaların istifadəsi, saxlanması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya”ya ziddir. Bu konvensiyaya Ottava Konvensiyası da deyilir. Rusiya sülhməramlıları mina döşənməsinə göz yummaqla törədilən müharibə cinayətinə şərik olur. Yəni bununla Ermənistanla yanaşı, mina partlayışı nəticəsində hərbçilərimizin şəhid olmasının səbəbkarı həm də Rusiya olur. Rus sülhməramlılarının vəzifəsi bitərəf olmaqdır, lakin onlar təəssüf ki, Ermənistanın tərəfindədir. Ermənistanın addımları 10 noyabr bəyanatının da pozulması deməkdir. Çünki rəsmi İrəvan çoxdan öz hərbi birləşmələrini Azərbaycandan çıxarmalı, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmalı idi. Lakin biz bunu görmürük. Ermənistan belə addımlardan çəkinməli, prosesi manipulyasiya etməməli, öhdəliklərini yerinə yetirməlidir. Çünki Azərbaycanın da səbrinin bir həddi var və Bakının səbir kasası daşanda heç kimin xahiş-minnətinə, telefon zənginə baxmayacaq”, - general qeyd edib.


Axar.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.