Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, o, bu barədə “hökumət saatı”nda çıxışı zamanı deyib.
“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, - Paşinyan parlamentdə bildirib.
O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.