Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin hansı addımları atmağa hazırlaşır? - ABŞ ekspertlərindən proqnoz

31-10-2022, 17:25   


497


Rusiya Prezidenti Vladimir Putin 2023-cü ildə havaların soyuq keçəcəyi ilə əlaqədar Avropa İttifaqı ölkələrinin Ukraynaya dəstəyinin azalacağına ümid edərək qış dövrünü gözləyir.
 

Bakupost.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.
 

ISW analitiklərinin fikrincə, Rusiya prezidenti bəzi şərtləri nəzərə alaraq, kəskin eskalasiyaya, məsələn, nüvə silahının tətbiqi və ya atəşkəsə deyil, adi vasitələrlə uzunmüddətli kampaniyaya hazırlaşır. Başqa sözlə, o, indi işğal olunmuş əraziləri əlində saxlamaq və yenilərini ələ keçirməyə çalışır. Bunu xüsusilə Putinin “qismən səfərbərliyi” təsdiq edir.

 

ISW analitikləri hesab edirlər ki, bu səfərbərlik Putinə çox baha başa gəlib: yüz minlər ruslar başqa ölkələrə qaçıb, görünməmiş etirazlar, Rusiya hərbçiləri və hakimiyyətinin hərəkətlərinin misli görünməmiş tənqidi və s.
"Putinin səfərbərliyin bədəlini ödəməsinin o zaman mənası olardı ki, o, öz mövqeyini saxlamaq üçün Ukraynaya dərhal əlavə qüvvələr göndəsin, yeni çağırışçılar gəlməmiş vəziyyəti öz xeyrinə dəyişsin" - deyə BBS ISW hesabatının müəlliflərinə istinadən bildirir.
 

Abalitiklərin fikrincə, Putin hesab edir ki, hazırda səfərbər edilmiş ehtiyatda olan hərbçilər Ukraynada yazın sonuna qədər öz mövqelərini saxlayacaqlar və həmin vaxta qədər indi orduya çağırılanlar 4-6 aylıq ilkin hazırlığı başa vurub müharibəyə, ön cəbhəyə gedəcəklər.
 

Eyni zamanda, ISW ekspertləri hesab edir ki, Putin soyuq qış və yanacağın olmaması səbəbindən bəzi Avropa ölkələrininin Ukraynaya yardımı azaldacaqlarını, Rusiya ilə münasibətlərdə isə daha mülayim davranmağa məcbur olacaqlarını düşünür.
 

Amerikalı analitiklər bildirilər ki, ehtiyatda olanların təxminən üçdə biri (Putinin özünün dediyinə görə) artıq Ukraynaya gəlib, lakin bu, ciddi dəyişikliklərə səbəb olmayıb: "Tələsik hazırlanmış çağırışçıların gəlişi də çətin ki, dönüş yaratsın. Ancaq Putin, deyəsən, bu faktları etiraf etmək istəmir və əksinə, çox çətinliklə toplanan ehtiyat qüvvələrin vəziyyəti həqiqətən dəyişəcəyinə ümid edir".
 

Zaur
BakuPost
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar