Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"QARABAĞ MÜNAQİŞƏSİ BİTİB, MÜZAKİRƏ OLUNACAQ NƏSƏ YOXDUR" - İlham Əliyev Putinlə görüşür + VİDEO (Yenilənir)

31-10-2022, 19:03   



"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib.

Onun sözlərinə görə, bugünkü görüş regional məsələlərə həsr olunub: “Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.

"Qarabağ münaqişəsi artıq tarixdir" - deyə, Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib və bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.

Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir.

Dövlət başçısı Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddəlik təklif təqdim etdiyini xatırladıb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.

Preziden Əliyev bildirib ki, bugünkü iclas regional məsələlərə həsr olunub.

“İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtı çatıb. Təbii ki, biz bu məsələdə sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş birinci olmayacaq. Sizin təşəbbüsünüzlə belə görüşlər keçirilib və bu, normallaşma prosesinə çox yaxşı təkan verib”, - deyə Əliyev Putinə bildirib.

***

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüş zamanı deyib ki, bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılışamların icrasını təmin etməkdir.

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burada da, onlara əlavə impuls vermək lazım gələcək", - deyə Rusiya prezidenti bildirib.

O, Azərbaycan tərəfinin də bu əsasda aktiv işlədiyini qeyd edib.

"Müzakirə edəcəyimiz məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - Putin deyib.



***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Görüş Soçidə keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar