Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SOÇİ FİASKOSU: Əliyevlə Paşinyan Putini necə pərt elədilər? - Sözardı...

1-11-2022, 10:06   


Markesin "Polkovnikə heç kim yazmır" povesti qoca diktatorun süqutundan və qürub çağından bəhs edir. Əsər əli qanlı tiranın sonunu göstərir, onu daha heç kimin saymadığını, onu axtarmadığını göstərir. Ona görə ötən axşam  Rusiyanın moderatorluğu getdi öz işinə... Daha Putinin masası tərəflərə maraqlı deyil, Avropa Birliyi 2 il içində təşəbbüsü ələ aldı, Ukrayna müharibəsinə görə Kremlin əlləri qıc olmaqdadır. Sanki 31 oktyabr görüşü Putinlə vida mərasimi idi.
Gözlənildiyi kimi liderlərin Soçi yığıncağı nəticəsiz qaldı. Rusiya prezidenti Vladimir Putin görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini etiraf etdi. Anaxeber.info məlumat verir ki, bu bizim xeyrimizədir, çünki Kremlin “razılaşdırmaq” istədiyi məsələlər xeyrimizə deyildi. Hətta Putinin Valdayda "val"ı dəyişmək, şeytan yuvası Xankəndidə mitinq təşkili də işə yaramadı. İlk dəfədir ki, cəmiyyət Rusiya şəhərində danışıqlarda nəticə əldə edilməməsinə sevinir. Bunun özü də Moskvaya olan etimadın sıfıra enməsidir. Beləliklə, daha bir ümumi bəyanat qəbul edildi və Putin bununla demək istədi ki, Cənubi Qafqazda təsirlərinin azalmasına imkan verməyəcək. Ancaq faktiki, Rusiyanın tərəflərə əvvəlki təzyiq gücü qalmadığı göz qabağında idi. Soçi bəyanatında Qarabağla bağlı heç bir qeyd yer almayıb: Ermənistan bu məsələnin gündəmə gətirməyə çalışacağını bəyan etmişdi, lakin görüşdən öncə Əliyevin də bəyanat etdiyi kimi, münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir; üçtərəfli görüşdə bu bir daha təsdiq olundu;
Xankəndində “mitinq şousu” da nəticəyə təsir etmədi və Bakı bu məsələdə yenə istədiyini aldı.
Kəsəsi, Soçi bəyannaməsi Rusiyanın hazırkı "status-kvo"nu saxlamaq üçün cəhdi idi.
Son günlər Xankəndi aksiyası və Paşinyanın  Putinlə görüşündə kağızdan oxuduğu tezislər onu göstərirdi ki, Moskva Brüssel danışıqları ilə son aylarda önə çıxmış "ilkin şərtlər olmadan sülh sazişi" tezisindən ciddi narahat olub. Odur ki, Bakıya təzyiq etmək, sülh sazişini arxa plana atıb Qarabağı yenidən vitrinə çıxarmaq cəhdi var idi.
Prezident İlham Əliyevin "Qarabağ məsələsi həll olunub" bəyanatı Soçi müzakirələrində Bakının əsas mesajı oldu.     göstərir. Soçidə bir sıra məsələlərdə razılıq əldə edilməyib. Putin pərtliyini gizlətməyə çalışsa da, hiss olunurdu ki, görüşün nəticələri onun planlaşdırdığı kimi alınmayıb. Paşinyan da qayğılı idi. Soçi bəyanatı daha çox söz yığınıdır, buna qədər verilən bəyanatlardan xüsusiyətinə görə  fərqlənmir. Hətta geriyə doğru addımdır, həlli irəli aparmaq fonunda. Diplomatik tərzdə yola verilib, Putinin təşəbbüsü...
Bundan əlavə, Soçi görüşündə Nikol Paşinyan ciddi şəkildə mübahisə edib.
Paşinyan yekun Bəyanata  Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.
Sərt reaksiyanı görən Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib.
Soçi bəyanatı bir daha sübut edir ki, Rusiya nə Ermənistana, xüsusən də Azərbaycana təzyiq etmək imkanlarını ciddi şəkildə əldən verib. Zəifləyib heydən düşmüş Rusiya Cənubi Qafqazdan getməli olacaq. Özü də tezliklə...
Artıq əminliklə demək olar ki,  Ermənistan-Azərbaycan sülh müqaviləsi Brüsseldə imzalanacaq. Brüsselin vasitəçi rolunda çıxış etməsi həm Ermənistan, həm də Azərbaycan üçün son dərəcə önəmlidir...
Sirr deyil ki, nə Ermənistanda, nə də Azərbaycanda Rusiyaya elə bir inam qalmayıb. Avropa Birliyinə isə hər iki tərəf daha çox etibar edir.  Lakin Rusiyanın əlində yeganə silah tərəfləri təxribatlarla, hərbi eskalasiya və qondarma rejimi təlimatlandırıb bölgədə gərginliyi artırmaqdan ibarət ola bilər.

 Anaxeber.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar