İRAN PARLAMENTİNDƏN DƏHŞƏTLİ QƏRAR - 15 minə yaxın insan edam ediləcək

9-11-2022, 13:46   



İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan etirazlar fonunda İran parlamenti aksiya iştirakçılarıyla bağlı insanlığa sığmayan, sözün həqiqi mənasında, vəhşi bir qətnamə qəbul edib.

"AzPolitika.info" "CNN"-ə istinadla xəbər verir ki, İran parlamenti 290 deputatdan 227-nin səsi ilə təxminən 15 min nəfərin edam cəzasını təsdiqləyib. Onların böpyük əksəriyyəti son etiraz aksiyalarına qatılanlardır.

Sözügedən qətnamənin nə vaxt icra ediləcəyi hələlik məlum deyil.

Xəbərdə qeyd oluunur ki, İran rejimi tərəfindən yalnız son etirazlara qatıldığı üçün 14 minə yaxın insan həbs edilib.

Bu fakt İran rejiminin Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyur.

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.