Ərdoğandan Ermənistan hakimiyyətinə ÇAĞIRIŞ: "Açıq və konkret şəkildə dedik ki..."

10-11-2022, 11:45   


“Ermənistanla son dəfə Praqada müzakirələrimiz olub. Onlara açıq şəkildə bunu dedik: Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə davam etdirsəniz, Türkiyə olaraq bizim Ermənistanla əlaqələrimiz bu yöndə davam edəcək. Sizdən bunu gözləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu həm geniş, həm də nümayəndə heyətləri arasındakı görüşlərdə Ermənistan tərəfinə çatdırılıb.

Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə isə hələ ki, bu mərhələyə gəlinmədiyini bildirib.

“Çünki istər Fransada, istərsə ABŞ-da olan erməni diasporları bu prosesin əleyhinə işləyirlər. Bu mənfiliyi müsbətə dəyişdirə biləcək olan, şübhəsiz, Ermənistan hökumətidir. Bunu bacararlarsa, bizim də baxışımız müsbət yöndə dəyişər”, - deyə o bildirib.

Türkiyə lideri, ümumiyyətlə, düşmən deyil, dost qazanmağa çalışdıqlarını vurğulayıb.

“Ermənistan hökuməti bunu bacararsa, həmçinin istər Laçın, istər Zəngəzur məsələlərində Azərbaycanla bağlı atacağı addımlar bizim addımları müsbət istiqamətdə dəyişər”, - deyə R.T.Ərdoğan sözlərini yekunlaşdırıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.