Sammitdə nələr olub?- “ABŞ və Qərb Ukraynaya dair elə tələb irəli sürdü ki...”- Lavrov

13-11-2022, 13:28   


Sammitdə nələr olub?- “ABŞ və Qərb Ukraynaya dair elə tələb irəli sürdü ki...”- Lavrov


“Şərqi Asiya Sammiti  zamanı Amerika tərəfi və bir sıra Qərb tərəfdaşları Ukraynadakı vəziyyətlə bağlı qətiyyən qəbuledilməz tələblərdə israr etdilər. Bununla əlaqədar sammitin nəticələrinə dair birgə bəyanat qəbul olunmadı”. 

Cebhe.info xəbər verir ki, bunu noyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA “Novosti”-yə bildirib. 

“Heç bir kollektiv qərar qəbul edilməyib, çünki ABŞ və onların qərbli həmkarları Ukraynadakı və onun ətrafındakı vəziyyətlə bağlı tamamilə qəbuledilməz dildə israr ediblər”, - deyə Rusiyanın baş diplomatı bildirib. Bundan əlavə, Lavrov qeyd edib ki, gələcək əməkdaşlığın əsas istiqamətləri kommünikedə öz əksini tapacaq.

İştirakçılar arasında Asiya-Sakit okean regionundan ölkələrin nümayəndələri də var. Sammit zamanı dövlətlərin nümayəndələri siyasi inkişaf, eləcə də ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edirlər.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.