TƏCİLİ! Rusiyanın ŞOK PLANI: Yeni təxribatlara hazırlıq başlayır

14-11-2022, 14:24   


Rusiya hərbi arsenalına daha mürəkkəb silahlar əlavə etmək niyyətindədir və artıq onlarla Tsirkon hipersəs raketləri sifariş edib.

Musavat.com "New York Post"a istinadən xəbər verir ki, sifarişin 2023-cü ilin sonuna kimi yerinə yetiriləcəyi bildirilir.

Bu, Ukraynada müharibəsində Rusiyaya yardım edən Tehranın hipersəs raketini hazırladığını elan etməsindən bir neçə gün sonraya təsadüf edir. Lakin ABŞ müdafiə rəsmiləri Tehranın bəyanatının həqiqiliyinə şübhə ilə yanaşırlar.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu bildirir ki, hipersonik raketlər nəinki səs sürətindən beş dəfə artıq, 3800 mil/saat sürətlə uça bilir, həm də mürəkkəb trayektoriyalarda hərəkət edə bilir ki, bu da onlara qarşı müdafiəni çətinləşdirir.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmilərinə görə, Rusiya silahlı qüvvələri müharibə başlayandan bəri çox sayda hipersəs raketi atıb, lakin Moskvanın ehtiyatında nə qədər raketin qaldığı məlum deyil.

WhatsApp Image 2022-11-14 at 14.07.25.jpeg (144 KB)

"Kreml silah təchizatında və Ukraynadakı hərbi xəttlərini saxlamaq imkanlarında əhəmiyyətli uğursuzluqlarla üzləşdi, Kiyev isə Rusiya qüvvələrinin Xerson şəhərindən geri çəkilməsindən sonra ən böyük uğurlarından birini qazandı" - qəzet yazır.

Ukrayna və onun Qərb müttəfiqləri Kiyev ordusunun irəliləyişini dəstəkləsələr də, DİA-nın Rusiya Doktrinası və Strategiyası üzrə keçmiş kəşfiyyatçısı Rebekah Koffler xəbərdarlıq edib ki, geri çəkilmə tələ ola bilər:

“Ukrayna kəşfiyyatı həm çox bacarıqlıdır, həm də ABŞ və NATO-nun dəstəyindən yararlanır. Demək olar ki, onlar gözlənilməz hadisələri planlaşdırıblar. Lakin rusların geri çəkilməklə tələ qurması və saxta əməliyyat keçirməyi planlaşdırması istisna oluna bilməz".

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Yuri İqnat da bənzər bəyanatla çıxış edib və xəbərdarlıq edib ki, Rusiya gələn həftə İndoneziyada keçiriləcək G20 sammitindən istifadə edə bilər. Çünki 20 ölkənin liderləri qlobal iqtisadiyyat, iqlim dəyişikliyi və gələcək inkişafı müzakirə etmək üçün bir araya gələndə diqqət Ukraynadan yayına bilər.

İqnat Rusiyanın əvvəlki hücumlarına istinad edərək, Kremlin “belə günlərdə təxribatlara” əl atdığına diqqət çəkib.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.