Britaniyanın xarici işlər naziri Filip Hemmond bildirib ki, Malayziyaya məxsus «Boing» təyyarəsini vurulması nəticəsində ölənlərin qanı Rusiyanın üzərindədir. Nazirin sözlərinə görə, SSRi dağılandan sonra Qərb qapılarını Rusiyanın üzünə açıb və onu beynəlxalq qanunlar sisteminə cəlb etməyə çalışıb. Lakin Krımı işğal etməklə və Ukraynada gərginlik yaratmaqla Rusiya bu qapıları bağladı. «İyulun 17-də, 298 günahsız insanın ölümünə səbəb olan təyyarəni Rusiya raketi ilə vurulanda bu ölkənin məsuliyyətsiz davranışı pik həddə çatdı. Rusiyanın əli o təyyarədə ölənlərin qanına batıb», - deyə nazir vurğulayıb.
azadlıq.info