Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

KİV Rusiya raketlərinin Ukrayna ilə sərhədə yaxın Polşaya düşdüyünü yazır

16-11-2022, 10:17   



raket Polşa Ukrayna

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Çərşənbə axşamı Polşanın Ukrayna ilə sərhədi yaxınlığında tüstü qalxıb

Çərşənbə axşamı media Polşanın Ukrayna ilə sərhədinə raket zərbəsi düşdüyünü yazıb. Noyabrın 15-də Rusiya Ukraynaya intensiv raket hücumları edib.

Bu hücumlar zamanı iki raketin Polşa sərhədini keçərək iki nəfərin ölümünə səbəb olduğu iddiaları ilə bağlı Polşa və Macarıstanda fövqəladə təhlükəsizlik iclasları keçirilir.

İddialarla bağlı BBC-yə danışan Polşa Baş nazirinin ofisindən bir mənbə deyib: "Məlumat xaosu var, biz heç nəyi təsdiq və ya təkzib edə bilmərik".

TASS-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu iddiaları rədd edərək, bunun regionda gərginliyi artırmaq istəyən Qərb dövlətləri tərəfindən irəli sürüldüyünü və Rusiyanın Polşa-Ukrayna sərhədinə yaxın heç bir bölgəni hədəf almadığını bildirib.

İddialar ilk olaraq Polşa mətbuatında yer alıb.

Reuters-in məlumatına görə, Polşanın yanğınsöndürmə rəsmiləri sərhəd bölgəsində yerləşən Prjevodov qəsəbəsində baş verən partlayış nəticəsində iki nəfərin öldüyünü bildirib, lakin partlayışın səbəbi barədə məlumat verilməyib.

Bu xəbərlərdən sonra Associated Press, adının açıqlanmasını istəməyən ABŞ kəşfiyyatının yüksək səviyyəli zabitinə istinadən iki raketin sərhədi keçərək Polşaya düşdüyünü yazıb.

Avropa İttifaqı üzvü Polşa da NATO üzvü olduğu üçün Rusiyanın buradakı hücumu NATO-nun 5-ci maddəsini işə sala bilər.

Digər tərəfdən, bu hücum təsdiqlənsə belə, raketlərin təsadüfən əraziyə düşdüyü və ya Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu üzə çıxarsa, bu, NATO ərazisinə mütəşəkkil hücum kimi tanınmaya bilər.

Çexiya Parlamenti bu gün axşam saatlarında toplaşaraq Rusiya hökumətini "terrorçu" elan edib.

Rusiya "Polşaya raket zərbəsi" ilə bağlı hər hansı əlaqəni rədd edir

Rusiya Polşa KİV-ləri və rəsmilərinin Rusiya raketlərinin Polşanın Ukrayna sərhədi yaxınlığındakı Prjevodo kəndinə düşməsi ilə bağlı bəyanatlarını təkzib edib.

Rusiya Müdafiə Nazirliyi Telegram-da paylaşdığı məlumatda bu xəbəri "vəziyyəti gərginləşdirmək üçün qəsdən təxribat" adlandırıb.

"Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə Rusiyanın məhvetmə vasitələri ilə heç bir zərbə endirilmədi", - bəyanatda deyilir. Polşa mediası tərəfindən lentə alınan hadisə yerindən raket fraqmentlərinin Rusiya silahlarına aidiyyatı olmadığı bildirilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar