Türkiyə Suriya və İraqın şimalında "Pəncə-Qılınc" əməliyyatı keçirib

20-11-2022, 18:17   


Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında müxtəlif hədəflərə hava zərbələri endirib

ŞƏKLİN MƏNBƏYİ,@TCSAVUNMA

Bazar günü səhər saatlarında Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya və İraqın şimalında müxtəlif hədəflərə hava zərbələri endirib.

Türkiyənin Milli Müdafiə Nazirliyi "Pəncə-Qılınc" adlı hava əməliyyatında ümumilikdə 89 hədəfin vurulduğunu açıqlayıb.

Açıqlamada əməliyyatın "Türkiyəyə qarşı terror hücumlarının qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək" məqsədi ilə həyata keçirildiyi bildirilib.


Milli Müdafiə naziri Hulusi Akar əməliyyatın gedişini Hərbi Hava Qüvvələri Komandanlığından izləyib

ŞƏKLİN MƏNBƏYİ,MİLLİ SAVUNMA BAKANLIĞI

Əməliyyatdan əvvəl Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı general Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu Hərbi Hava Qüvvələri Komandanlığında toplaşıblar.

Hava hücumlarını buradan izləyən Akar əməliyyatın uğurla başa çatdığını bildirib.

"Məqsədimiz 85 milyonluq vətəndaşımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, ölkəmizə qarşı hər cür xain hücuma cavab verməkdir", Akar deyib.

Əməliyyat zamanı mülki şəxslərin hər hansı bir zərər görməməsi üçün Akarın sözlərinə görə, "bütün tədbirlər görülüb."

"Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb", Akar deyib.

"Hədəfdə yalnız terrorçular və terrorçulara aid strukturlar olub", - Türkiyə Milli Müdafiə naziri qeyd edib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.