Twitter-in yeni sahibi İlon Musk sosial media platformasında keçirilən sorğudan sonra ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın Twitter-də bloklanmış şəxsi hesabının yenidən açılacağını bildirib.
Elon Musk bu açıqlamanı istifadəçilər arasında keçirilmiş sorğunun nəticələrindən sonra verib.
"Xalq rəyini bildiridi, Trump qayıdacaq" deyən Musk, sorğuya qatılan 15 milyondan çox Twitter istifadəçisinin 51,8 faizinin Trump-ın hesabının bərpa olunmasını dəstəklədiklərini qeyd edib.
Musk, "Trump-ın hesabı bərpa olunmalıdırmı?" sualı ilə sorğuya noyabrın 18-də başlayıb.
Lakin Trump-ın Twitter-ə qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Bundan əvvəl Trump, Twitter-ə "geri dönmək üçün heç bir səbəb" görmədiyini bildirmişdi.
Hazırda Trump-ın şəxsi Twitter hesabında heç bir aktivlik yoxdur. Onun hesabından göndərilən son tvit 8 yanvar 2021-ci il tarixinə təsadüf edir.
Trump-ın hesabı ötən il yanvarın 6-da onun tərəfdarlarının ABŞ Konqresinə reydindən sonra həmişəlik bloklanmışdı.
Twitter-in əvvəlki rəhbərliyi bu qərarı Trump-ın bu şəbəkə vasitəsilə "nifrət nitqi" yaydığı ilə əsaslandırmışdı.
Tramp-ın Facebook, Instagram və YouTube hesabları-da bloklanmış vəziyyətdədir.
Twitter-də hesabı ötən il bloklandıqdan bir neçə ay sonra Trump özünün "Truth Social" adlı bir sosial media platformasını işə saldı, lakin həmin media platforması Trump-ın gözlədiyi populyarlığa nail ola bilmədi.
Trump bu həftənin əvvəlində 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayib.
Tesla və SpaceX-in sahibi Elon Musk uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra oktyabr ayında Twitter-i 44 milyard dollara satın alıb.
BBC.com