Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İran parçalanmağa Ərdəbildən başlayacaq: “Düşünən başı əzmək istəyirlər”

22-11-2022, 12:31   


İran parçalanmağa Ərdəbildən başlayacaq: “Düşünən başı əzmək istəyirlər”


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Cənubi Azərbaycanın Ərdəbil şəhərinə ordu yeridib. 

Cənubi Azərbaycandakı azadlıq hərəkatının böyüməsi və etirazçıların sayının hər keçən gün artması fonunda bu addım atılıb. Bundan əvvəl Mahabadda eyni vəziyyət yaranmışdı.

Görünən odur ki, Tehran hakimiyyəti Güney Azərbaycana xüsusi həssaslıqla yanaşır. Çünki molla rejimi cənubdakı soydaşlarımızın haqq savaşında zəfər qazanacağından çox qorxur. Yəni İranın əsas qorxusu məhz Güney Azərbaycanın onlardan ayrılmasıdır. 

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, İran güclə hər şeyi həll etməyin mümkün olmadığını hələ də başa düşmür: 

“SEPAH-ın Ərdəbilə girməsinin böyük mənası var. İran Ərdəbili baş hesab edir. Ona görə son 40 ildə İranda hakimiyyətə gələnlər öncə Ərdəbildə sınaqdan keçirilir. Yəni düşünürlər ki, kim Ərdəbildə işləyə bilirsə, İranı da idarə edə bilər. Çünki o şəhərin əhalisi yaxşı düşünür və orada həddindən artıq möhkəm iradə formalaşıb. SEPAH-ın ora girməsi də təsadüfi deyil və düşünən başı əzmək istəyirlər. Amma başa düşmürlər ki, bu, vəziyyəti daha da gərginləşdirəcək. Hesab edirəm ki, Ərdəbil İrandakı türklərin düşünən beynidir. Orada törədilməyə çalışılan vəhşiliklər bumeranq effekti verəcək”. 

Həmsöhbətimzi bildirib ki, SEPAH-ın bu hərəkətləri İran üçün çox ciddi problemlər yaradır: 

“Lakin onların Ərdəbili susdura biləcəyinə də inanmıram. Əksinə, İrandakı qarşıdurmaların kütləviliyi daha da artacaq”. 

Politoloq vurğulayıb ki, İranda insan haqları kobud şəkildə pozulur: 

“Artıq BMT Baş Assambleyasında da İranda insan haqlarının pozulması ilə bağlı qərar qəbul olunub. Hətta dünən Dünya Çempionatında İran milli komandasının futbolçuları himni oxumaqdan imtina etdi. Bu, çox ciddi bir siqnal idi. Düşünürəm ki, İranda insan hüquqlarının kobud şəkildə pozulduğu ilə bağlı bütün dünyaya ciddi bir mesaj verildi”. 

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar