Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TƏCİLİ! Putinin ŞOK PLANI - Rusiya bu ölkəni müharibəyə cəlb edir

22-11-2022, 12:54   


Ukrayna kəşfiyyatı Moskvanın müharibənin gedişatını dəyişmək üçün növbəti planını ictimaiyyətlə bölüşüb.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, Rusiya Belarusda "yalançı bayraq" əməliyyatı keçirməyə hazırlaşır. ("Yalançı bayraq" əməliyyatı bir ölkənin ictimai rəy yaratmaq və ya haqlı səbəbə malik olmaq üçün düşmən adı altında öz qoşunlarına qarşı hücuma keçməsinə verilən addır - red.)

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin hesabatına görə, Putin qüvvələri Qrodno vilayətindəki Astravets Elektrik Stansiyasını və Brestdəki infrastrukturu hədəfə almağı planlaşdırır.

Dəyəri 9 milyard funt-sterlinq olan dövlət zavodu Belarusun Litva ilə sərhədi yaxınlığında və paytaxt Vilnüsdən cəmi 25 mil məsafədə yerləşir, bu da o deməkdir ki, istənilən potensial zərbə NATO ölkəsinə radiasiya sızması ilə nəticələnə bilər.

Rusiya bu əməliyyatı NATO və ya Ukraynanı ittiham edəcək şəkildə həyata keçirməyi düşünür. Bildirilir ki, bunla da Rusiya Ukrayna və NATO-nu çətin vəziyyətə salmağa, Belarusu müharibəyə çəkməyə çalışacaq.

WhatsApp Image 2022-11-22 at 12.37.16 (1).jpeg (110 KB)

Belarusun müharibəyə girməsi Ukrayna müharibəsində ikinci cəbhənin açılması deməkdir. Bəzi hərbi ekspertlər bunu geriləyən Rusiyanın qələbə üçün son şansı kimi qiymətləndirir.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu qış Ukraynada milyonlarla insanın həyatının risk altında olacağını bildirib.

ÜST-ün Avropa Regional Direktoru Dr. Hans Henri P Kluq vurğulayıb ki, Ukraynanın enerji infrastrukturunun yarısı zədələnib və hazırda 10 milyon insan işıqsız qalıb. Bəzi ərazilərdə temperaturun -20 dərəcəyə enəcəyi gözlənilir.

Ukraynanın paytaxtı Kiyevdə mətbuat konfransı keçirən Kluq "sadə dillə desək, bu qışdan sağ çıxmaq çətin olacaq" deyib.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar