Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Naxçıvan Gömrüyündə saxlanılanlar var? - Generaldan AÇIQLAMA

23-11-2022, 18:42   


Xəbər yayıldığı kimi, DTX Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Yayılan məlumatda saxlanılanların olduğu bildirilir.

Məsələ ilə bağlı Manset.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb.

O, saytımıza açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib.

"Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub olmadığı ilə bağlı məlumatım yoxdur."

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar