Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi

25-11-2022, 13:36   


Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi


“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alanlar şəxslər var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır", - deyə nazir deputatların təkliflərinə münasibət bildirib.

Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar