Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəbli avtobusları fəaliyyətə başlayacaq?- RƏSMİ AÇIQLAMA

25-11-2022, 17:14   


 

"Yol xəritəmizdə məktəb avtobuslarının olması var. Biz istəyirik ki, uşaqlar məktəbə rahat getsin".

Musavat.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib:

"Bir çox ölkələr sərt məktəb seçimi qaydası müəyyənləşdiriblər. Məsələn, şagirdə yalnız yaşadığı yerə yaxın ərazidə məktəb seçməyə imkan verilir. Məktəb avtobusu uzaq yerlərdən şagirdləri gətirmək üçün nəzərdə tutulub. Bakının məktəbləri ilə bağlı ciddi miflər mövcuddur. Məsələn, hər il tədris ili başlayanda valideynlər ən yaxşı məktəbin hansı olduğunu soruşurlar. Bakıda 330 məktəb var, hər birində yaxşı və pis oxuyan şagirdə rast gəlinir. Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir. Şagird stress yaşamır. Hətta yaxşı olmasa belə, onu birlikdə yaxşı etmək olar.

Şagirdlərin məktəblərdə yerləşdirilməsində müəyyən mənada pərakəndəlik var. Lakin son illərdə biz sistemi qurmuşuq. Şagirdlərin yerdəyişməsi əsasən yaşadıqları ərazi üzrə aparılır. Bu gün Bakının dörd bir tərəfindən məktəblərə şagird gəlir. Bu səbəbdən hazırda məktəb avtobuslarının nə qədər effektiv olacağı sualı ortaya çıxır. Bəzi məktəblər özəl sektorla əməkdaşlıq çərçivəsində avtobus xidməti ala bilər. Biz bunu dəstəkləyirik. Bunun biz tərəfdən təşkili ilə bağlı bir neçə dəfə cəhdlər olub. Lakin məktəblə ünvanların uyğunlaşmaması bu xidmətin səmərəli təşkilində ən azından kağız üzərində alınmır".

Nigar HƏSƏNLİ,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar