DTX rəhbərliyi Böyükdüz həbsxanasına baş çəkib həmin şəxslə görüşərsə, onda qeyd olunan məsələyə dair daha ətraflı məlumat, konkret faktlar əldə edə bilər
Naxçıvan Muxtar Respublikasından (MR) əldə etdiyimiz səhih məlumata görə, hazırda Kəngərli rayonunda yerləşən Böyükdüz həbsxanasında cəza çəkən məhbuslardan biri muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov və yaxınlarının qurbanına çevrilib.
Bu barədə Hurriyyet.az-a verilən qeyri-rəsmi informasiyada deyilir ki, həmin şəxs müxtəlif vaxtlarda MR Ali Məclisinin sədrinə məxsus olan təxminən, 400-500 min dollar (söhbət hər keçiddən gedir) pul vəsaitini qardaş Türkiyəyə keçirib. Bu halın bir neçə dəfə təkrarlandığı bildirilən məlumatda o da qeyd olunur ki, əslən Şərur rayonundan olan həmin şəxs sonuncu dəfə Vasif Talıbov və yaxınlarının təzyiqinə sinə gəlir, nəticədə onların əvəzsiz təkliflərindən imtina edir. İddia olunur ki, məhz bu səbəbdən də o, yəni Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin və yaxınlarının pullarını əvəzsiz şəkildə Türkiyəyə keçirən şəxs hazırda Naxçıvan polisləri tərəfindən şərlənərək məhbus həyatı yaşayır. Hətta onun həyatının təhlükədə olduğu da deyilir. Odur ki, əgər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərliyi vaxt itirmədən Böyükdüz həbsxanasına baş çəkib barəsində danışılan şəxslə görüşərsə, onda qeyd olunan məsələyə dair daha ətraflı məlumat, konkret faktlar əldə edə bilər.
Hurriyyet.az