Satanist ana 5 yaşlı oğlunun gözlərini oydu …

11-09-2014, 23:20   
Satanist ana 5 yaşlı oğlunun gözlərini oydu …Meksikanın Nezahualcoyotl şəhərində yaşayan ailə dünyanın sonunu gətirmək üçün təşkil etdikləri satanist ayində 5 yaşlı Fernando Caleb Alvarado Riosun gözlərini oyub çıxarıb.

ANS PRESS-in məlumatına görə, azğın ailənin təşkil etdiyi mərasimdə ana, xala, dayılar, nənə və baba iştirak edib. Şeytan çağırma ayinində bütün qohumlar dairələr çəkərək rəqs edən zaman, anası 5 yaşlı Fernandonun gözlərini bağlamasını istəyib. Əlinə taxta qaşığı alan ana oğlunun qışqırıqları içində bacısının də köməkliyi ilə uşağın gözlərini çıxardıb.

Kiçik uşağın qışqırıqlarına dözə bilməyən qonşuların polisə xəbər verməsilə hadisə ortaya çıxıb. Evə gələn polislər uşağı taparkən qan içində qışqırırmış.

2012-ci ilin may ayında reallaşan bu hadisədən iki ildən çox vaxt keçib. Məhkəməyə çıxan ana və digər bütün qohumlar, hər biri 30 il həbs cəzasına məhkum edilib.

Qonşuları Joaquin Arguello məhkəmədə verdiyi ifadədə ailəni hər zaman səmimi dindar zənn etdiklərini, satanist olacaqlarına əsla ehtimal etmədiklərini söyləyib.

Polis məmuru dəhşətli hadisəni məhkəmədə belə şərh edib: «Evə girdikdə əyinlərində satanist paltarlı şəxslərin yerdə uzanmış halda bağıran kiçik uşağın üzərinə əyilmişdilər. İki qadının üstü-başı qan içində idi. Dərhal təcili yardım çağırdıq, şübhəli şəxslərin üzərlərindəki silahları götürdük və uşaqdan uzaq şəkildə divara düzdük.

Qadınlardan birindən nə baş verdiyini soruşdum. Qadın mənə adının Carmen Rios Garcia olduğunu, qan içindəki kiçik uşağın da 5 yaşlı oğlu Fernando Caleb Alvarado Rios olduğunu söylədi. Bu cinayəti bacısı Lizbethlə bir yerdə həyata keçirdiyini dedi.

Hadisənin yaşandığı tarixdən bəri dövlət qorumasına alınan Fernando artıq taxma şüşə göz və gözlüklərlə gəzir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.