Bu il ölkədə baş verən yol qəzalarında 732 nəfər ölüb

12-09-2014, 11:43   
Bu il ölkədə baş verən yol qəzalarında 732 nəfər ölübÖlənlərin 65-i uşaqdır

Bu il Azərbaycanda baş verən yol qəzalarında ölüm və xəsarət alma statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 8 ayında respublika ərazisində 1719 yol qəzası baş verib. Nəticədə 732 nəfər ölüb, 1747 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 178, 22 ölüm sayı , yaralı sayı isə 297 fakt azalıb.

Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 620 yol qəzası baş verib. Nəticədə 235 nəfər ölüb, 440 nəfər yaralanıb.

Hesabat dövründə sərxoş sürücülər tərəfindən 42 yol qəzası qeydə alınıb. Nəticədə 21 nəfər ölüb, 52 nəfər yaralanıb.

Cari ilin ilk 8 ayında surət həddini aşma səbəbindən yol qəzası 494 qeydə alınıb. Nəticədə 257 nəfər ölüb, 401 nəfər yaralanıb.

Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 65 uşaq ölüb, 144-ü isə yaralanıb.

Ötmə və qarşı hərəkətə zolağına keçmə səbəbindən 552 yol qəzası qeydə alınıb. Nəticədə 223 nəfər ölüb, 665 nəfər isə yaralanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.