Türkiyə İŞİD-ə qarşı savaşdan rəsmən imtina etdi

12-09-2014, 12:01   
Türkiyə İŞİD-ə qarşı savaşdan rəsmən imtina etdiKerri tələsik Ankaraya gəlir

Türkiyə İŞİD -ə qarşı savaşı nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara İŞİD-ə qarşı birgə əməliyyatı nəzərdə tutan, ABŞ və Ərəb Birliyi ölkələrinin ortaq sənədini imzalamağı rədd edib.

***
Avropa.info xəbər verir ki, Türkiyənin İŞİD-ə qarşı savaş planını imzalamamasından sonra, ABŞ-ın dövlət katibi Con Kerri bu gün Ankaraya səfər edəcək. Türkiyə mətbuatının yazdığına görə, səfər öncədən planlaşdırılmamış bir səfərdir. Kerrinin belə tələsik bir şəkildə Ankaraya gəlməsi Türkiyənin İŞİD-ə qarşı savaşdan imtina etməsiylə əlaqələndirilir.

ABŞ-ın Türkiyəni İŞİD-ə qarşı koalisiyada görmək istədiyi və bu tələbin Ankara qarşısında qəti şəkildə qoyulacağı bildirilir. İŞİD-ə qarşı düzənlənən koalisiyanın əsasən, İncirlikdəki hərbi bazadan istifadə etmək məqsədində olduğu deyilir.

Qeyd edək ki, Kerrinin səfəri son bir həftədə ABŞ rəsmilərinin Türkiyəyə edəcəyi ikinci səfərdir. Bundan əvvəl ABŞ-ın Müdafiə naziri Hegel Ankaraya səfər etmiş və belə demək mümkünsə, Türkiyənin "nəbzini yoxlamışdı".

Xatırladaq ki, dünən Türkiyə İŞİD-ə qarşı koalisiyaya qoşulmayacağını və əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.