Siyavuş Novruzov yeni müsahibəsində də qalmaqallı açıqlamalar verib
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibə verib. Müsahibəni təqdim edirik:
- Qərargahın ətrafındakı yol təmirinin səsləri işinizə mane olmur?
- Olur, 15 gündür bizi mühasirəyə alıblar. Amma onlar da insanlar üçün edir. Gərək səbr edək.
- Mərkəzi qərargahla bağlı planlarınız nədir?
- YAP strukturunu elə qurub ki, Avropa ölkələri də bizdən nümunə götürüblər. Biz yerli qərargahlara daha çox üstünlük veririk. Mərkəzi qərargahda olan insan işçilər rayon qərargahlarından azdır. 80-dən çox bölgədə yerli qərargahlar yekunlaşmaq üzrədir. 40-dan çox rayonda yeni binalar tikilib. Digərləri isə özəlləşdirilib, təmir edilib. Bunlar tam yekunlaşdırıldıqdan sonra mərkəzi qərargahla məşğul olaq. Bir neçə variant var. Gələcəkdə partiya üçün müasir standartlara cavab verən binanın tikilməsi üçün planımız var.
- Bələdiyyə seçkilərinə hazırlıq necə gedir?
- Biz ilin əvvəlindən bu işə başlamışıq. Partiyanın mərkəzi və yerli təşkilatları üçün iki proqram qəbul edilib. Bu sırf iş planıdı və buna uyğun olaraq hər gün üçün hansı işlərin görüləcəyi müəyyən olunub. Qərargah üzvlərinin siyahısı hazırlanır, hər təşkilatda 15-30 adam olacaq. Hazırda bələdiyyə üzvlərinin tədqiqatı işi gedir. Ölkə üzrə 1976 yerə 20 mindən çox namizəd irəli sürüləcək. Hər bir yer uğrunda mübarizə aparacağıq.
- Bələdiyyələrin statusu ilə bağlı dəyişikliklərə ehtiyac varmı?
- Bəzən görürsən ki, bələdiyyələri başqa ölkələrlə əlaqələndirirlər. Burada dövlətin quruluşu nəzərə alınmalıdır. Parlament tipli respublikalarda yerli idarəetmə strukturları daha geniş səlahiyyətə malik olur. Digər formada isə əhali topalşıb özünə aid olan əmlakın bir hissəsin idarəçiliyə verir. Bələdiyyə qeyri-hökümət təşkilatı kimidir. Bizdə dövlət tərəfindən bələdiyyələrə çoxlu dotasiya, vəsait verilir. Bələdiyyələr bunlardan istifadə edib müəyyən problemləri həll edə bilərlər. Bələdiyyə məktəbləri, bağçaları açmaq olar. Bununla da gəlir əldə etmək olar. Kim bunu etmək istəsə, heç bir maneəçilik törədilməz. Bu baxımdan hazırda bələdiyyələrə əlavə səlahiyyət verilməsinə ehtiyac yoxdur. Bələdiyyələrin statusunun zəif olmasını seçkiyə qatılmağa adamə olmayan siyasi partiyalar orytaya atır. Bununla da özlərinin sosial bazası olmadığı gizlətməyə çalışırlar.
- Parlament seçkilərinə ilkin hazırlıq başlayıbmı?
- Biz seçkilərdə bütün yerlərə namizəd irəli sürürük. Ötən parlament seçkilərində 114 namizədlə qatıldıq. 10 dairədən namizəd vermədik ki, orada bizə müttəfiq partiyanın nümayəndəsi vardı. Onlara alternativ olmasın deyə namizəd olmadıq. Bu il lazım olarsa, 125 dairədən namizəd olacağıq. Lakin parlament seçkilərinə bu ilki bələdiyyə seçkilərindən sonra hazırlaşacağıq.
- YAP “üçlüsü” olan Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovdan ikisi artıq təyinat alıb. Parlamentdə və media ilə iş üçün yeni simalar olacaqmı?
- Mən hərdən görürəm bizim partiya fəalları ümumi məsələlər haqda çıxış edir. Bu barədə danışmaq olar. Amma cari işlər var ki, onu ancaq icra strukturu bilir. Bu baxımdan da icra strukturunun nümayəndələri konkret detallarla danışa bilir. Əli Əhmədov və Mübariz Qurbanlı da parlamentdə olmasa da, partiyanın işində yaxından iştirak edirlər. Onlar yenə də istənilən an informasiya verə bilərlər. Yeni simaların üzə çıxarılması isə partiya sədrinin səlahiyyətlərinə aid olan məsələdir.
- Partiyada fəaliyyətindən narazı olduğunuz funksioner varmı?
- Biz daim islahatlar aparırıq. Sonuncu konfransda rayon təşkilatlarının 30%-də sədrlər dəyişdi. Kim ki mövcud ictimai siyasi proseslərə cavab vermirsə, partiyanı irəli yox, geri aparırsa onunla söhbət aparılır və özü yeni namizədin irəli sürülməsin təklif edir. Növbəti il üçün partiyanın gənclər birliyinin tərkibində ciddi dəyişiklik gözlənilir.
- Seymur Orucovun da dəyişdirilməsi gözlənilir?
- YAP-ın Gənclər Birliyinin sədri mən, sonra Ramil Həsənov olub. Seymur Orucov isə 5 ildir ki, sədrdir. Hələ ki, onun dəyişdirilməsi gözlənilmir.
- Ərdoğan Bakıya gəldi liseylər bağlandı. Ərdoğan təkrar gəldi liseylər bərpa olundu. Bu iki məsələ arasındakı əlaqə varmı?
- Qətiyyən burda əlaqə yoxdu. Türk liseylərinin bağlanması ilə bağlı fikir əvvəldən var idi. Amma bunun formatı tapılmalı idi. Heç kim bunun açmasın verməyib, mən istəyirəm bunu açım. Orada işləyən müəllim də, təhsil alan şagird də azərbaycanlıdır. Bunun adı niyə türk liseyi olur mən bunu indiyə kimi qavraya bilmirəm. Pulu ödəyən valideyn də azərbaycanlıdır. Mən maraqlanmışam. İldə 7 min manat vəsait ödənilir. Qəbul edəndə tələb edirlər ki, uşaq savadlı olsun, əlifbanı, vurma cədvəlin filan bilsin. Onda bunun oxumasına nə ehtiyac var? Məktəb oxutmaqdan ötrüdür. Sonra da deyirlər türk liseylərinin qəbul faizi yuxarıdır. 7 min pul verənin qəbul faizi aşağı ola bilər?! Mən o cür məktəb açım, orada bir dənə də türk işləməsin. Orada qəbul olanların 99,99%-i ən yüksək bal toplayar.
- Yaslarla bağlı tətbiq edilən tövsiyələrdə məcburilik doğru addımdırmı?
- Burada məcburilikdən söhbət gedə bilməz. Qanun yaradıcılıq bazasının biri də sanksiyalaşdırılmış adətlərdir. Bu daha çox ənənə xarakterini almalıdır. Bu, əslində Naxçıvan modelidir. Bu modeldə bir dənə də olsun rəsmi qanunla heç nə qadağan olunmayıb. Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov əziz adamının yasında deyib ki, süfrəyə ancaq bu ərzaqlar verilməlidir və bu müddətdə olmalıdır. Üç-dörd il əvvəl Vasif müəllim bunu özündən tətbiq edib. Bundan sonra demək olar ki, Naxçıvanın bütün kəndlərin bu könüllü olaraq tətbiq edildi. Bu həm də Vasif Talıbov modeli idi. Biz indi bunu təbliğ edərək bütün Azərbaycanda tətbiq etmək istəyirik. Bununla bağlı bizim ziyalılarımız da çıxış etməlidir. Müddət məsələsinə də məhdudiyyət qoyulmalıdır. Yas mərasimi saat 3-də başlayırsa, 8-də bitməlidir. Gecə 11-12-yə kimi davam etməməlidir. Yasa gələn şəxslər də 5-10 dəqiqə oturdu, bəsdir. İki saat otursa, ölən dirilməyəcək ki... Başsağlığı ilə bağlı da məhdudiyyət olmalıdır. Mənim bu yaxınlarda rəhmətə gedənim oldu. Mətbuat xidmətinə tapşırdım ki, qəzetlərə desin, heç kim başsağlığı verməsin. Zəng edib başsağlığı verir, bəsdir.
Bir zamanlar toylarda bir-birinin başına pul səpirdilər. Biz belə bir şüar seçdik ki, pul dövlətin atributudur, onu ayaqlamaq olmaz. Partiyanın Siyasi Şurasında özümüz üçün belə bir qərar qəbul etdik ki, hər kəs toyda çıxış edəndə bunun ləğv edilməsi haqda da danışsın. YAP bunu təbliğ edə-edə ləğv etdirdi. Mətbuata birinci dəfədir açıqlayıram ki, bunu məhz biz etdik.
- Toylarla bağlı indi təklifləriniz nədir?
- Toylar restoran qaydasında olmalıdır. Mən bir çox ölkələrdə olmuşam. Şotlandiyada, İngiltərədə toylarda olmuşam. Gəlirsən nə yemək istədiyini sifariş edirsən. Hər masanın sifarişlərinə uyğun çek yazılıb veriləcək. Toy sahibi də o çekə uyğun olaraq digər xərcləri də əlavə edib ödəyəcək. Toyu həm edirlər ki, valideyn arzusudu. Həm də uzun illər boğazından kəsib toyalara pul salıb. Bundan əldə edəcəyi ilə yeni ailəyə kömək etmək istədiyi halda borca düşür. Boşanmalarında bir hissəsi bu səbəbdən olur. Restoranları ləğv etməyə ehtiyac yoxdu. Orada çoxlu iş yeri var. Həm də toplanan gəlirdən dövlət büdcəsinə vergi verilir.
- Siyavuş Novruzov övladlarına dediyi formatda toy edib birinci olar?
- Mənim övladlarım hələ balacadı. Amma belə bir hal olarsa. mən ilk olaraq başlaya bilərəm. Belə bir islahatı ilk dəfə Azərbaycanda ümumilli lider öz oğlu prezidentin və qızı Sevil xanımın toyunda nümunə göstərib. 15 il bundan əvvəl də partiyanın idarə heyətində Heydər Əliyev özün misal gətirib tapşırırdı ki, məndən nümunə götürün.
- Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı. Hansını seçərsiz?
- Bu seçim Müsavatındır. Amma Müsavatın halına yanıram, gör nə günə qalıblar ki, namizədləri kimlərdir. Vaxtında orada islahatların getməməsi rəhbərlikdə olanlar istefa verdi. İndi bir neçə səfərin monopoliyasındadır və həmin şəxslər namizəd olub. Müsavatda islahatçılar seçilsə, ola bilsin yenilik oldu. Mühafizəkarlar seçilsə, bununla da Müsavatın kitabı birdəfəlik bağlanacaq. Düzgün addım ata bilsələr, bəlkə Müsavatı xilas etdilər.
- Müsavatı xilas etmələrini istəyirsinizmi?
- Bizim üçün fərqi yoxdu. Amma bir misal var: Çörçil sonuncu dəfə baş nazir seçiləndə kefsiz olur. Səbəbin soruşurlar, deyir Ruzvelt yox, Stalin yox. Kiminlə işləyim?! İndi Tural Abbaslı ilə nə işləyəsən?!
- Müsavatda qurultayı sizi dəvət edib-etməmək müzakirə olunurdu. YAP-ı bir müddət əvvəl AXCP və Müsavatla bir yerdə görürdük. Son illər bu ənənə niyə pozulub?
- Bunların yer ilə bağlı arqumentləri sadəcə bəhanədi. Deyirlər yer uzaqdı. “Buta Palace” ilə Əmircandakı Mədəniyyət Evinin arası elə də uzaq deyil. Biz də qurultayımızı Suraxanı da keçirdik də. Onların qurultayı keçirəcəyi hələ də bəlli deyil. Parlament seçkilərindən sonraya qalması variantı da var. Qurultay keçirsə də çox böyük qarşıdurma olacaq. Vaxtilə biz onların tədbirinə, onların bizim tədbirimə gəlib. AXCP-nin 10 illiyində rəhmətlik Elçibəy YAP-ı dəvət edib getmişik. Ağsaqallar gedəndən sonra partiya kaştan-kuştanın əlinə düşüb. Öz aralarındakı intriqanı müxalifət iqtidar müstəvisinə də gətirdilər.
- Hazırkı Milli Şuranı necə təsvir edərdiniz?
- Elə bir şey var ki, təsvir edim? Rusiyanın və başqa dövlətlərin tərkibində olan adamlardan pul alıb 5 gün yaşamaqla nə əldə etmək olur? Mən dedim Rüstəm İbrahimbəyov gəlməyəcək və Rusiya vətəndaşlığından da çıxmayacaq. Deyirdi yox çıxacağam, çıxdı?! O bir ssenari qurdu. Zəif artisləri də oynatdı. Qonorarını alıb kənara çəkildi. Ortada qalanlar da abırlardan Milli Şuradan gedə bilmirlər. Acınaqlı hal budur ki, həmin Cəmil Həsənli Əli Kərimliyə görə AXCP-dən istefa verdi.
- QHT sektorunda həbslər zamanı onların inqilab edəcəyi iddiası yayıldı. Amma rəsmi ittihamlarda o maddələr olmadı. Həmin şəxslərin inqilab etməsi real idimi?
- Burada qəti şəkildə inqilab məsələsi yox idi. İnqılabın özünün xüsusiyyətləri var. O adamların hamısın bir yerə yığsan bizim Zərdab təşkilatı onlardan güclü olar. Onların siyasi gücü və iradəsi Azərbaycanda bir milçəyin səsi qədər dəyişiklik etməyə qadir deyil. Sadəcə ayrı-ayrı dövlətlərdən kifayət qədər vəsait alıblar. İndi bir-bir ortaya çıxır. Biri düşən kimi o birilər haqda məlumat verdi. Bir ucu Ermənistana, bir ucu Fransaya çıxdı. Şəffaflıqdan danışırlarsa, qəzetdə elan verərdilər ki, bu qədər qrant almışam və bu yerlərə xərcləmişəm. İndiyə kimi bir dənə belə kağız yoxdur. Çünki bunlara verilən qrantlar şərtli verilir. Birincisi qrantın 30%-i heç bura gəlmir, verən təşkilatın özündə qalır. İkinci, orada tələblər qoyulur ki, bu qrantdan hansı qəzetə, hansı partiyaya maliyyə çatdırılmalıdır. Üşüncü, bu adamın özü də qrantın bir tərəfindən dartıb qopardır. Bununla da şəffaflığı göstərmək mümkün olmur. İstər-istəməz vergidən yayınırsan.
- Prezident çıxışında dedi ki, bu qrantlarla bağlı məsələdən ölkə rəhbərliyi məlumatlıdır. Heç nə nəzarətdən kənarda deyil. Prokurorluq açıqlayır ki, ittiham olunan maddələr üzrə işlər 2006-2007-ci ildə aparılıb. Və belə bir görüntü var ki, prokurorluq bir kampaniya start verdi, 2-3 ay ərzində həbslər reallaşdı. Niyə bunun üçün 7-8 il gözlənildi?
- Təhülkəsizlik baxımından Rauf Mirqədirovun Ermənistana səfərləri araşdırıldı. Həmin anda ipin ucuna alınan vəsaitlər gəlib çıxdı. Həbs olunanların hər biri məlumat verdi ki, pulu hansı təşkilatdan alıblar. Sonra daha kimlərin oradan pul aldğını açıqladı. Birincinin açıqladığı adamı yoxlayanda digəri ortaya çıxdı. Bunlar bir-birini satdılar. Leyla Yunus aydındır ki, həyat yoldaşı ilə sovet əks-kəşfiyyatına işləyib. Zərdüşt Əlizadə ilə birgə yazdıqları kitablarda Leylanın da, Arifin də anasının erməni olduğunu özləri yazıb. Leylanın sifətinə baxanda da bilinir ki, ermənidir. Antropologiya elmi ilə müəyyənləşdirmək olur. Bunların keçmiş əməlləri açılsa, görəcəyik ki, Azərbayca torpaqlarının işğalında Leyla Yunusun nə qədər rolu var. Mən bu gün deputat olaraq şengen vizası ala bilmirəm. Amma Leyla Yunusa 5 illik şengen vizası verib özləri aparıb aeroportdan yola salırlar. Bunların hamısı araşdırılanda ortaya çıxdı ki, 10 milyonlarla vəsait mənimsənilib.