Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan üçün itirilmiş il? - HAKİMİYYƏT 2023-də nələrə getməlidir: Bakıdan Xankəndiyədək...

26-12-2022, 12:46   


2022 dünyada və regionumuzda kataklizmlərlə yadda qaldı. Artıq sayılır günlər qalır və 2023-cü ilə doğru gedirik. Geridə qoymaqda olduğumuz bu ili Anaxeber.info bir neçə hadisələrlə xarakterizə edir: yanvarda Qazaxıstan iğtişaşları, fevralda başlayan Ukrayna müharibəsi,  Laçın şəhəri, Sus və Zabuxun azad olunması, Avropa İttifaqı ilə qaz sazişi, Moskva bəyannaməsi, eləcə də Qarabağda müxtəlif xarici qüvvələrin separatizmi dəstəkləməsi - bura Vardanyan projesi və s. daxildir, habelə, sentyabrda sərhəd münaqişəsi, Brüssel, Praqa görüşləri, o cümlədən İran molla rejiminin Azərbaycanla münasibətləri açıq - aşkar pisləşdirməsi... Bütövlükdə ili itirilmiş hesab etmək olmaz. Lakin gərgin bir dövr yaşadıq və 2023-ə də böhranla daxil oluruq. Ona görə ki həllini tapmayan xeyli məsələlər var - Tehranla kəskinləşən əlaqələr, üçtərəfli sənədin bəndlərinin icra edilməməsi, Ermənistanla sülh sazişinin dalana dirənməsi, Xankəndidə etnik münaqişəni alovlandırmaq, separatçılığı körükləmək cəhdləri, açılmayan Zəngəzur dəhlizi - 2023 bizi bu problemlərlə qarşılayacaq. Qlobal miqyasda cərəyan edən proseslərin nəticələri də bölgəyə təsir etdiyi üçün biz gələn mövsüm Ukraynada gedən müharibənin yekununu gözləməyə məcburuq. Odur ki, Xankəndi və ətraf ərazilərdə suverenliyin təmin edilməsi, sülh müqaviləsi yeni ilin gözləntiləri sırasında deyil. Bəli, rəsmi Bakı bu gün davam edən siyasətini 2023-də daha da möhkəmləndirməyə çalışacaq. Xüsusən Laçın yolunda keçirilən nümayişlər müəyyən effekt verməkdədir: faktiki dəhlizə nəzarəti təmin edə bilirik, hər nə qədər beynəlxalq təzyiqlər olsa da... Bununla belə Qarabağda anklav planı quran Rusiyanın Azərbaycanın Xankəndiyə girişinə imkan verəcəyi ağlabatan görünmür. Putin "Valday" klubunda çıxışı ilə də buna işarə etmişdi ki, Vaşinqton sənədi bütün Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur. Rusiya isə bunu istəmir, çünki problemin köklü həlli Kremlin Cənubi Qafqazı itirməsi deməkdir. O baxımdan Anaxeber.info-nun şərhçiləri 2023 proqnozları sırasında dağlıq Qarabağ məsələsinin aktual və dinamik olacağını hesablayırlar. Lakin gələn il nəqliyyat - kommunikasiya xətlərinin bərpasında müəyyən irəliləyiş mümkündür. Rusiyanı gözləyən daha ağır sanksiyalar yolların açılmasını diktə edir. Ən azı Putinə lazımdır və İrəvanı sıxmağa başlayacaq. Beləliklə, 2023 regional planda fundamental dəyişikliklər vəd etmir, lokal yeniliklər mümkündür, iqtisadi addımlar atıla bilər, siyasi  qərarlar Moskvanın planında yoxdur. Amma hər halda biz Laçın yoluna nəzarəti qismən etməklə bölgədə separatizmin əl-qolunu bağlaya bilmişik. Ölkədaxili idarəçiliyə gəlincə, Naxçıvanda xan rejiminin devrilməsi məmur oliqarxiyasının sonuncu qalasının da alınması idi. Sadəcə, yeni siyasi elitadan ölkənin sosial-iqtisadi problemlərinin həlli, korrupsiya, islahat, demokratikləşmə istiqamətlərində böyük ölçüdə pozitiv dəyişikliklər gözləməyə dəyməz. Bəli, kosmetik refreş var, siyasi hakimiyyət əl dəyişir, amma kompleks şəkildə çiçəklənən Azərbaycan vəd edilmir - səbəblər bəllidir... Ən nəhayət, beynəlxalq münasibətlər sistemini təhlil etməyə zərurət var. Biz Qarabağ, separatizm, sülh müqaviləsi kimi bölgəsəl məsələləri şərh etdik, 2023-də nələr ola biləcəyi haqda təxminləri bölüşdük, siyasi - iqtisadi vəziyyətlə bağlı lakonik proqnozları bölüşdük, yerdə qalır xarici siyasət, geopolitik proseslərin analizi. Bu kontekstdə rəsmi Bakının strateji olaraq 2023-də seçimi dəyişən görünmür. Yalnız Ukraynada rus ordusu biabırçı formada məğlub olarsa, Putin Rusiyası çökərsə, Kremldə saray çevrilişi olarsa, o zaman Azərbaycan hakimiyyəti Moskva ilə münasibətlərə yenidən baxa bilər. İndiki halda Bakı Moskva - Ankara bucağında hərəkət edir: Qarabağ, sülh sənədi məsələləri Rusiyasız olmur, Brüssel masası da bunu göstərdi ki, Rusiya Qərbin onun arxa bağçası saydığı əraziyə girməsinə imkan verməyəcək, Türkiyə ilə də müttəfiqlik güclənir - Bəxtiyar Ersay faktoru, Naxçıvanda təmizləmə, orduların birgə təlimləri və s. Yeri gəlmişkən, 2023 Türkiyədə ağır imtahan dövrüdür, orada Ərdoğanın prezident seçkisində qələbəsi indi bizə hava-su kimi lazımdır. Azərbaycan geosiyasi və strateji cəhətdən Rusiya və Türkiyə ilə birgə məsələləri koordinasiya edir, amma enerji sahəsində əməkdaşlıq Avropa Birliyi, Böyük Britaniya, İsraillə genişləndirilir. Həmçinin Türkiyə və İsrail barışığı da əlimizi gücləndirir, hərbi sahədə hər iki dövlətlə əməkdaşlıq inkişaf edir. Çünki bloklaşma güclənir - Ermənistan İran, Hindistan, Rusiyadan silahlanır, ordusunu reanimasiya etmək niyyətindədir, Azərbaycan da əl-qolunu sallamır, daha müasir silahlar alır. Bəli, bu ili biz diplomatiyada ciddi boşluqlar dönəmi saya bilərik. İstər sentyabr toqquşması, istər Laçın dəhlizində ekofəalların aksiyası zamanı Azərbaycan diplomatiyası müdafiədə oynadı. Əvəzində Ermənistan, onun diasporası kifayət qədər iş gördü: BMT TŞ-da hər iki hadisə ilə bağlı müzakirələr, Fransa Senatında 

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar