“Mən hesab edirəm ki, Müsavat Məclisinin qərarı yerinə yetirilməli, sentyabrın 27-də partiyanın qurultayı keçirilməlidir”.
APA-nın məlumatına görə, bunu Müsavat başqanı İsa Qəmbər jurnalistlərə açıqlamasında deyib.
İ. Qəmbərin sözlərinə görə, istənilən halda qurultay keçirilməlidir: “Yer məsələsinə gəldikdə, bu barədə qərar Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında veriləcək”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.