Almaniya Şimali İraqa 40 xüsusi təyinatlısını göndərəcək.
ANS PRESS-in İTARR-TASS-a istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar İraq kürdlərinə yeni silahlarla davranmaq qaydalarını öyrədəcək.
Bu silahlar kürdlərin İŞİD terror qruplaşması ilə döyüşməsi üçün göndərilib. Silah partiyası artıq sentyabrın 5-i İraqa çatıb. Almaniya bundan sonra İŞİD-lə mübarizə üçün "Milan" raket-kompleksi, 8 min avtomat silahı və 44 pulemyot və qumbara da göndərəcək.