ASO da Obamadan imtina etdi
Suriyada Əsədə qarşı vuruşan Azad Suriya Ordusunun (ASO) rəhbəri Riyad Əsad ABŞ-la birgə İŞİD-ə qarşı vuruşmayacağını açıqlayıb.
Avropa.info-nun verdiyi xəbərə görə, Riyad Əsəd Azad Suriya Ordusuna İŞİD-ə qarşı vuruşmayacağını bildirib, ABŞ-dan Bəşər Əsədə qarşı apardıqları mübarizədə güvənlik istəyib.
Riyad Əsədin sözlərinə görə, həqiqətdə ABŞ hökuməti ASO-ya qarşı kampaniya aparmaqdadır, onlar Əsədə qarşı həqiqətən mübarizə aparanlara yox, başqa bölücü qruplara dəstək verirlər.
"ABŞ mətbuatdan istifadə edərək ASO-nun guya amerikalıların marioneti kimi təqdim etməyə və bu təşkilatı gözdən salmağa çalışır. Amma bütün bunlara baxmayaraq ASO Suriya xalq tərəfindən dəstək alaraq Əsəd rejiminə qarşı mübarizə aparmaqdadı."
Riyad Əsəd ABŞ-ı riyakar siyasət aparmaqda ittiham edib;
"ABŞ Suriyada xalq etirazları başlayan gündən Suriya xalqının yanında olduğunu desə də, həqiqətdə bunun tam əksini görürük, onlar bütün vasitələrdən istifadə edərək Əsəd rejiminə qarşı vuruşan qüvvələrin içində bölücülük salmağa cəhd edirlər. Amerikalılar Misir, Yəmən Liviyada olduğu kimi öz çıxarlarını düşünür və xalqları kölələşdirmək istəyir. ABŞ hər zaman İsrailin yanında olub."
Riyad Əsəd ABŞ-ın PKK-ya silah verdiyini bildirib:
"ABŞ qonşu ölkələrə zərər versin deyə PKK-nı silahlandırır. Hamı bilir ki, PKK-a hər zaman Suriya rejiminin tərəfadrı olub. Bizim suriyalıların qanı və malını özlərinə halal bilən Hizbullah çetələri, Əbul Fadil Abbas, Feykul Qüds kimi quruplarla birgə olmağımızımı istəyirlər? Onlar Suriyaya xalqı azad etmək üçün gəlməyiblər. Amma müstəqillikləri uğrunda mübarizə aparan gəncləri terrorçu adlandırırlar. ASO insanlıq tarixində ən gözəl hisləri əsas tutaraq yola çıxıb. Bu gənclər cinayətkar rejimin getməsi uğrunda mübarizə aparırlar, bu mübarizəni xalq başlayıb və xalq da davam etdirir. Mübarizə aparanlara müxtəlif adlar qoymaq doğru deyil. Obama Suriya xalqının Əsəd rejiminin cinayətlərinə qarşı apardığı mübarizəyə hörmətlə yanaşırmı? Suriya rejiminin qətliamı zamanı ABŞ niyə susurdu? İraqın keçmiş baş naziri Nuri Əl Maliki dövlət səviyəsində terror həyata keçirəndə ABŞ niyə susurdu? Amma ABŞ-lı jurnalistlərin öldürülməsindən sonra, strateji müttəfiqləri olan şiə və kürdlərə problem yaranan kimi bunların vicdanı oyandı."
Qeyd edək ki, dünən Türkiyənin də, ABŞ-la birgə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməyəcəyi bəlli olub.