Kolumbiya polisi naməlum şəxslərin hücumuna məruz qalıb
Kolumbiyanın şimalında naməlum qrupun polis karvanına hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatdı.
ANS PRESS-in məlumatına görə, daha əvvəl 4 nəfər polisin öldüyü bildirilirdi. Bundan əlavə daha 7 asayiş qoruyucusu yaralanıb.
Qeyd edək ki, insident ölkənin şimalında Kordova valiliyində baş verib.
Yerli polisin nümayəndəsinin bildirdiyinə görə kimin və hansı mqəsədlə polislərə hücum etməsi məlum deyil.
Hazırda polis baş verən hadisənin səbələrini araşdırır.
Bu arada yerli KİV güman edir ki, hücumun arxasında inqilabçı silahlı qüvvələrə aid yaraqlılar var.