Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rövnəq Abdullayevin oğlu ABŞ generalının evini 22 milyon dollara aldı - OCCRP

3-02-2023, 15:24   


Mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə beynəlxalq jurnalist layihəsi (Organized Crime and Corruption Reporting Project) Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Rövnəq Abdullayevin ailəsinin Londonda daşınmaz əmlakı ilə bağlı araşdırmasını dərc edib.

Araşdrımada bildirilir ki, Rövnəq Abdullayevin oğlu Rəşad 25 yaşında Londonun Qrosvenor meydanında çox bahalı mənzil alıb.

Satınalma Gernsi adasındakı ofşor şirkət vasitəsilə həyata keçirilib. Böyük Britaniya qanunvericiliyinə görə, mənzilin ona məxsus olduğunu müəyyən etmək mümkün olub, qanunvericiliyə görə, belə obyektlərin sahiblərinin adları açıq olmalıdır.

Lakin mövcud sənədlərdən görünür ki, Rəşadın Grosvenor meydanında 20 saylı evdə dəbdəbəli mənzili var. O, mülkü 2019-cu ildə ofşor şirkət vasitəsilə 17,3 milyon funt sterlinqə (22,4 milyon dollar) alıb.

Bu çoxmərtəbəli binadan bir vaxtlar ABŞ Hərbi Dəniz Qüvvələri və İkinci Dünya Müharibəsi zamanı Müttəfiq Qüvvələrin Baş Qərargahına rəhbərlik etmiş general Duayt Eyzenhauer istifadə edib. 2014-cü ildə onu dəbdəbəli yaşayış evinə çeviriblər, burada somelyesi olan şərab zirzəmisi və 25 metrlik hovuz var. Sakinlərə Four Seasons otellər şəbəkəsinin əməkdaşları gecə-gündüz xidmət göstərirlər.

"The Telegraph"ın ötən ilin mart nəşrində bildirib ki, tanınmış iş adamları, o cümlədən rusiyalı milyarder Dmitri Rıbolovlev həmin binada mənzillər alıblar. Lakin üçüncü mərtəbədəki dörd yataq otağı olan mənzilin Rəşad Abdullayevə məxsus olduğu indi məlum olub.

Gernsidə yerləşən Mount Street Investments PCC firması bir həftə öncə bəyannamə təqdim edib. Sənədlərə görə, 2019-cu ilin iyununda Rəşad Abdullayev onun sahibi olub.

Rəşad Abdullayev şərh barədə sorğuya cavab verməyib. Onun atası Rövnəq Abdullayev jurnalistlərə ünvanladığı məktubda qeyd edib ki, oğlunun mənzililə bağlı heç bir ödəniş etməyib və onun alındığı pulların mənşəyi barədə heç bir məlumatı yoxdur.

"Hətta Rəşad Abdullayev yuxarıda adı çəkilən mənzili alsa belə, heç bir qanunsuz tranzaksiya aparmadığına, bununla bağlı əlində bütün lazımi sənədlərin olduğuna və hamısının qanunun tələblərinə uyğun olduğuna inanıram", o yazıb.

SOCAR-ın illik hesabatlarına görə, prezidentin və ona yaxın vitse-prezidentin illik maaşı və bonusları 800 min dollardan azdır, bu isə o deməkdir ki, Londonda daşınmaz əmlak təkcə Rövnəq Abdullayev rəsmi qazancı ilə alına bilməzdi.

Rövnəq Abdullayev oğlunun SOCAR Trading-də çalışması barədə yayılan məlumatları təkzib edib.

Rəşad Türkiyədə yaşayarkən şirkət təsis edib. Şirkət daşınmaz əmlak investisiyası ilə məşğul olub və konsaltinq xidməti göstərib. Həmçinin Rəşad Abdullayev bir neçə il Bodrumda restoran sahibi olub və Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin ortaq sahibi olub.

"SOCAR Azərbaycanda korrupsiyaya uğramış aparıcı dövlət şirkətidir", iqtisadçı Qubad İbadoğlu deyir.

"Onlar heç nə danışmırlar: nə qədər pul aldıqları, nə qədər vergi ödədikləri barədə hesabat vermirlər".

Qrosvenor meydanındakı mənzilin alındığı il 25 yaşlı Rəşad Abdullayevin İbiza adasında 1,35 milyon dollarlıq qol saatı oğurlanmışdı, lakin SOCAR nümayəndəsi bunu təkzib etmişdi./"Amerikanın səsi"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar