Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dövlət tərəfindən verilən mənzillər satışa çıxarıla bilər?

3-02-2023, 18:49   


Dövlət tərəfindən verilən mənzillər satışa çıxarıla bilər?


Azərbaycan dövləti indiyə kimi ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə, o cümlədən, müharibə əlillərinə 13 mindən çox mənzil və fərdi ev verib.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən Cəbhə.info-nun sorğusuna cavab olaraq bildirilib.

Lakin həmin evlərin özəlləşdirilməsinin mümkün olmadığı bildirilir. Yəni qanunvericilikdə sosial və xüsusi təyinatlı yaşayış sahələrinin özəlləşdirilməsi nəzərdə tutulmayıb. 

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu məcəllə qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

Bu qanuna görə də şəhid ailələri və müharibə əlilləri onlara verilən mənzilin çıxarışını ala bilmirlər. Bu da onlara verilən mənzilin satışına imkan vermir. 

Lakin əmlak alğı-satqısı ilə məşğul olan saytlarda həmin mənzillərin satışı ilə bağlı elanlara rast gəlinir. Elanda sənədin tipi sərəncam olaraq qeyd olunur.
Maraqlıdır, şəhid ailələrinə, müharibə əlillərinə, idmançı və sənətçilərə dövlət tərəfindən verilən mənzillər satışa çıxarıla bilərmi? Yoxsa həmin mənzillərin satışı qadağandır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, həmin mənzillər satıla bilməz:

“Həmin evlər müqavilə ilə verilir. İstər müharibə iştirkaçıları, istər idmançılar, mədəniyyət nümayəndələri olsun, sərəncamla verilən evlər çıxarış olmayana qədər satıla bilmir.

Sərəncamın satış metodu yoxdur. Bəziləri onu etibarnamə yolu ilə satırlar. Sərəncamsa dəyişmir, çünki sərəncam həmin şəxsin adına verilir. Sərəncam artıq çıxarışa çevrildikdən, yəni mənzil sahibinə mülkiyyət hüququ verildikdən sonra həmin ev satıla bilər.

Ola bilər ki, mənzil verilən şəxs mənzili satıb başqa yerə köçmək istədiyinə və ya hansısa səbəbdən satmaq istəyir. Sərəncamlı mənzillər satışa çıxır, amma sərəncamın satış metodikası yoxdur. Olmadığı üçün onu yalnız kimlərsə etibarnamə ilə satırlar. Hər adam da buna razılaşmır”.

Ekspert çıxarışın verilməməsini yenitikili binalarla əlaqələndirib.

O qeyd edib ki, mənzillərin satışına xüsusi qadağa tətbiq edilməyib:

“Onlara verilən mənzillər əsasən yeni tikilmiş binalarda olur. Həmin binalara ilkin halda çıxarış verilmir, daha sonra çıxarış verilir. Əgər binaya çıxarış verilibsə, həmin sərəncamla müraciət edib çıxarışını ala bilər.

Yəni dövlət tərəfindən bu mülk verilib, daha sonra çıxarış alaraq onu sata bilərlər. Həmin mənzillərin satılması ilə bağlı qadağa yoxdur. Təkcə məcburi köçkünlərə verilmiş evlər satıla bilməz, çünki onlara evlər müqavilə ilə verilir”.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar