Israil və Fələstin bu barədə razılığa gəlib
BMT-nin vasitəçiliyi ilə İsrail və Fələstin arasında Qəzza zolağında bərpa işlərinə başlanmasına dair razılaşma əldə olunub. Bu barədə “Reuters” agentliyi BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Cerriyə istinadən xəbər verib.
Məlumata görə, razılaşma Qəzza zolağında bərpa işlərinin aparılmasının təhlükəsizliyinə zəmanət verir. Görüləcək işlərə nəzarəti Fələstin tərəfi həyata keçirəcək.
Bir müdət əvvəl Fələstinin “HƏMAS” hərəkatının lideri Əbu Marzuk hərəkatın İsraillə birbaşa danışıqlar aparmağa məcbur olacağını bildirmişdi.
Fələstin lideri Mahmud Abbas isə, öz növbəsində, «HƏMAS» ilə əməkdaşlığın kəsilməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib.