Bu gün siyasi partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfransa başlayıb. ADP-nin qərargahında keçirilən konfransda Müsavat, KXCP, “Ümid”, ADP və digər müxalifət partiyalarının təmsilçisi iştirak edir.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Bundan sonra, Xalq Cümhuriyyətinin qurucuları bir dəqiqəlik sükutla yad edilib.
M.Mirəlioğlu çıxış edərək bildirib ki, tədbirə parlamentdə təmsil olunan partiyalar, həmçinin hakim partiya olan YAP da dəvət olunub.
Tədbirdə Müsavat başqanı İsa Qəmbərin geniş çıxışı gözlənilir.