Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova korrupsiyada adı hallandığı üçün 7 aydır ki ev həbsində saxlanılır.
Avropa.info-nun məlumatına görə, ingilis ictimai birliyi prezidentin qızının ev həbsindən ilk dəfə fotolarını yayımlayıb. Şəkillərdə 42 yaşlı Kərimova mühafizəçilərlə mübahisə edir.
İngilis ictimai birliyi iddia edib ki, Kərimova Daşkənd şəhərindəki evdə atasına və ümumilikdə rejimə qarşı çıxdığı üçün "tamamiylə siyası" səbəblərdən məhbəs həyatı yaşayır.
Kərimova bir müddət əvvəl BBC-yə məktub yazaraq "Qızım və mən itdən betər vəziyyətdə yaşayırıq" demişdi.
Özbəkistan liderinin qızı həmçinin İsveç telekom şirkətinə lisenziya vermək üçün 300 milyon rüşvət almaqda suçlanır. İddia İsveç Prokurorluğu tərəfindən araşdırılır.