Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb

18-09-2014, 10:04   
Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıbTəhqir olunan əsgərin anası: «Sonra da deyirlər ki, əsgər intihar edir...»

“Davamlı inkişaf” Gənclər, Təhsil, Təlim, Maarifləndirmə Ictimai Birliyinin sədri Gülnarə Əmiraslanovanın hazırda hərbi xidmətdə olan oğluna qarşı insan ləyaqətini alçaldan hərəkətə yol verilib. Bu barədə təşkilat rəhbəri özü “facebook” səhifəsində məlumat yayıb.

Gülnarə Əmiraslanovanın sözlərinə görə, oğlu elə xidmətdə olduğu hərbi hissənin zabiti tərəfindən təhqir olunub. Zabit hamının gözü qarşısında əsgərdən alt paltarını çıxarmağı tələb edib:

“Çox əsəbiyəm. Məlumat aldım ki, oğlumun xidmət etdiyi hərbi hissədə baş leytenant əsgərləri sıraya düzüb və oğluma alt paltarını, yəni, tumanını elə sıradaca çıxarmağı əmr edib. Bu nə dərəcədə düzgündür? Baş leytenant Xəyal Cəlilov kimilər əsgəri belə hərəkətlərlə sındırmağa çalışırlar. Sonra da deyirlər ki, əsgər intihar edir. Azərbaycan ordusunun adına xələl gətirən Xəyal Cəlilov kimi zabitlərin qeyri-qanuni hərəkətlərinə göz yummayaq. Hazırda bu zabitlə bağlı operativ tədbirlər görülməkdədir”.

Əsgər anasının yaydığı məlumatla əlaqədar Müdafiə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “Azadlıq”a açıqlamasında bildirdi ki, bu məsələdən xəbərsizdir, amma olayı araşdırıb məlumat verəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.